Azərbaycan neftinin qiyməti fantastik dərəcədə artacaq - Gələn ilin PROQNOZU
Gələn ilin iyun ayının sonuna kimi "Brent" markalı neftin bir barelinin qiyməti 120 ABŞ dollarına kimi arta bilər.
Bu barədə "Bank of America"nın proqnozunda deyilir.
Bankın analitikləri hesab edirlər ki, benzinə olan yüksək tələb, emalla bağlı məhdud güclər fonunda neftin qiymət artımını sürətləndirə bilər.
Qeyd edilir ki, qlobal enerji böhranı dünya üzrə təbii qaz və kömürün qiymətlərinin kəskin artımına gətirib çıxardı. Bu, neft fyuçerslərinin bərpasına təkan verdi. Belə ki, oktyabrın ortalarında "Brent" markalı neftin qiymətləri son üç ildə ilk dəfə olaraq bir barel üçün 86 ABŞ dollarını, ayın sonunda isə "WTI" markalı neftin qiyməti 85 ABŞ dollarını keçdi.
Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyi 2030-cu ilə kimi neftin qiymətlərinin bir barel üçün 36 ABŞ dollarına kimi azala biləcəyini proqnozlaşdırır. Agentliyin hesabatında bu ən radikal ssenari kimi nəzərdən keçirilir. Onun reallaşması üçün enerji sektoru 2050-ci ilə kimi karbohidrogen tullantılarını sıfır səviyyəsinə çatdırmalıdır. Bu ssenariyə görə neftə olan tələb öz pik həddinə 2025-ci ildə çatmalıdır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar