Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Azərbaycan–Türkiyə Parlamentlərarası İşçi Qrupunun rəhbəri, Milli Məclisin komitə sədri, akademik Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib.
azxeber.com xəbər verir ki, səfər Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürklərin dəvəti əsasında baş tutub.
Nümayəndə heyətinin tərkibində millət vəkilləri Ağalar Vəliyev və Heydər Əsədov da yer alıblar. Səfər çərçivəsində nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman, Məclisin sədri Ziya Öztürklər və Baş nazir Ünal Üstellə görüşlər keçirib.
Görüşlər zamanı Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında münasibətlərin inkişafı və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Əhliman Əmiraslanov Şimali Kipr Türk Cümhuriyyətinin dövlət bayramı münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud münasibətlərin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.
Milli Məclisin komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı siyasəti də bu strateji xəttə əsaslanır və əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
O, son illərdə Azərbaycan Milli Məclisi ilə Şimali Kipr Türk Cümhuriyyəti Məclisi arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişaf etdiyini bildirib.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman isə görüşdən məmnunluğunu ifadə edərək Prezident İlham Əliyevə salamlarını və təşəkkürlərini çatdırmağı xahiş edib.
O, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında qardaşlıq münasibətlərinin, eləcə də siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan–Türkiyə Parlamentlərarası İşçi Qrupunun nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin Sülh və Azadlıq Bayramı münasibətilə keçirilən rəsmi tədbirlərdə də iştirak edəcək.




Turlar.az [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Mərkəzi Banka yeni səlahiyyət verilir