Azərbaycan nümayəndəsi: "Ermənistan BMT-nin tələblərinə məhəl qoymur"
"BMT-nin tələblərinə baxmayaraq, Ermənistan aqressiyanın nəticəsinə görə məsuliyyət daşımaqdan imtina edir".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycana qarşı müharibə cinayətləri" adlı hibrid formatında keçirilən seminarda deyib.
O xatırladıb ki, Xocalı işğal olunarkən yüzlərlə dinc sakin qətlə yetirilib: "Belə faciələr bir neçə dəfə olub. Erməni təcavüzü yaşlı insanların, uşaqların, qadınların həyatını itirməsinə səbəb olub, xeyli insan girov götürülüb. Girovlardan bəziləri sonradan öldürülüb, bəziləri sağlamlığını itirib".
T. Musayev bildirib ki, onlar Azərbaycan toponimlərini erməni adlarına dəyişib, milli sərvətləri talayıblar: "Əksər kənd və şəhərlər dağıdılıb. Ermənistan beynəlxalq qanunları, həmçinin Haaqa və Cenevrə konvensiyalarının müddəalarını pozub. Bu cür ağır müharibə cinayətləri törədən dövlətlər kompensasiya ödəməlidir. Azərbaycan bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə və Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü