Azərbaycan OECD DAC-ın iclasında inkişafa yardım və iqlim maliyyəsi məsələlərini vurğulayıb - FOTOLAR

Azərbaycan OECD DAC-ın iclasında inkişafa yardım və iqlim maliyyəsi məsələlərini vurğulayıb - FOTOLAR20 mart 2025-ci il tarixində Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsinin (DAC) 54-cü yüksək səviyyəli iclası keçirilib.
Bu barədə azxeber.com-a Xarici İşlər Nazirliyindən bildirilib.
Tədbirdə ölkəmizi XİN-in nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) təmsil edib.
Yüksək səviyyəli iclasda 30-dan yuxarı DAC üzvü olan ənənəvi donor ölkələri ilə yanaşı komitədə iştirakçı və ya tərəfdaş ölkə hesab olunan Azərbaycan, Səudiyyə Ərəbistanı, Qətər, Bolqarıstan, Xorvatiya, Cənubi Afrika Respublikası və Hindistan daxil olmaqla ümumilikdə 50-dən artıq dövlət və 15-ə yaxın beynəlxalq qurum iştirak edib.
İllik əsasda keçirilən iclasın builki məqsədi beynəlxalq inkişafa yardım sahəsində keyfiyyət və nəticlərin yüksəldilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın artırılması, habelə dayanıqlı inkişaf üçün əlavə maliyyə mənbələrinin səfərbər olunması yollarının müzakirəsi olub.
AİDA-nın rəhbəri Elməddin Mehdiyev tədbirdə çıxış edərək, yeni donor ölkəsi kimi Azərbaycanın beynəlxalq yardım fəaliyyəti sahəsində əldə etdiyi uğurlar və qazandığı əhəmiyyətli təcrübə barədə məlumat verib. O, beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi ölkəmizin həyata keçirdiyi fəal beynəlxalq yardım siyasətinə toxunaraq, COP29-da əldə olunmuş tarixi nəticələrin inkişafa yardım sahəsi üçün də mühüm olduğunu, eləcə də iqlim maliyyəsi ilə bağlı mövcud təcrübənin inkişafa yardımın maliyyələşməsinə də tətbiq edilə biləcəyini vurğulayıb.
COP29 çərçivəsində AIDA və OECD DAC-ın birgə təşkilatçılığı ilə iqlim fəaliyyəti və rəsmi inkişafa yardım mövzusunda təşkil olunmuş tədbirə böyük maraq göstərildiyini qeyd edən E. Mehdiyev fəaliyyətlərin əlaqələndirilməsinə və yeni əməkdaşlıqların qurulmasına xidmət edən bənzər təşəbbüslərin inkişafa yardımın səmərəliliyinin artırılmasına müsbət təsir göstərəciyini nəzərə çatdırıb.
Tədbirdə çıxış edən digər ölkə nümayəndələri dünyada baş verən siyasi dəyişikliklər, geosiyasi gərginlik və iqtisadi çətinliklər fonunda rəsmi inkişafa yardımın təhlükə ilə üzləşdiyini, yardım göstərilərkən donor ölkələrin xarici siyasət maraqlarının deyil yardım alan ölkələrin ehtiyaclarının əsas götürülməli olduğunu, çoxtərəfliliyin əhəmiyyəti, eləcə də innovativ maliyyə mənbələrinin cəlb edilməsinin zəruriliyini vurğulayıblar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti beynəlxalq inkişafa yardım sahəsində dünyanın ən nüfuzlu əlaqələndirici və siyasət müəyyənləşdirici təsisatı hesab olunan OECD DAC-ın rəhbər şəxsləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıb.
Azərbaycan OECD DAC-ın iclasında inkişafa yardım və iqlim maliyyəsi məsələlərini vurğulayıb - FOTOLARAzərbaycan OECD DAC-ın iclasında inkişafa yardım və iqlim maliyyəsi məsələlərini vurğulayıb - FOTOLARAzərbaycan OECD DAC-ın iclasında inkişafa yardım və iqlim maliyyəsi məsələlərini vurğulayıb - FOTOLAR

Siyasi       Tarix: 22 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


azerbaycan xeberleri yeni xeberler son xeberler az xeber cəbhədən yeni xəbərlər şou biznes xəbərləri kriminal xeber