Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır

Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır10.03.2020-ci  il  tarixdə  Azərbaycan  Respublikası VI çağırış Milli  Məclisinin  ilk  iclasında Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  geniş  məzmunlu  tarixi  çıxış  edərək Milli  Məclisin  fəaliyyətinin  təkmilləşməsindən, Avropa  İttifaqının  Azərbaycan  Parlamenti  ilə  işləməyə  hazır  olmasından, parlamentin  çoxpartiyalı  olmasından  və  müxalifət  nümayəndələrinin  təmsilçiliyindən  söhbət  açdı.
Prezidentin  çıxışında  bütün  dövlət  qurumlarında  kadr  islahatlarının  aparılması,  xalqın  narazılığına  səbəb  olan  strukturlarda  mütləq  şəkildə  təmizləmə  işləri  aparılacağını  söylədi. Bildirdi  ki,  dövlət  işində  işləmək  istəyənlərin  niyyəti  də,  əməli  də təmiz  olmalıdır.
İslahatların  keçirilməsinə  parlament  xüsusi  təkan  verəcək. Qanunverici  orqan  qanunların  təftişi  ilə  də  ciddi  məşğul  olmalıdır. Qəbul  edilmiş  qanunların, verilmiş sərəncamların  icrası  hansı  vəziyyətdə  yerinə  yetirilir. Qanun pozuntularına yol verilirmi. Belə  hallar  aşkarlanarsa  onda  əlbəttə  ki, ciddi  cəza  tədbirləri  görülməlidir.
Prezident eyni zamanda milli  dəyərlərimizlə  bağlı  qanunvericilik  bazasının  geniş  olmasını  söyləmişdir.
Sosial  siyasətlə  və  gənclər  siyasəti  ilə  bağlı  danışarkən  Prezident  çox  qiymətli  fikirlər  söylədi: "Qanunvericilikdə  minimum  əmək haqlarının, minimum  pensiyaların  müntəzəm  olaraq  qaldırılması  diqqət  mərkəzində  olmalıdır. Ölkə  əhalisinin  mütləq  əksəriyyətinin  gənclər  olduğu  ölkədə  gənclərin  fəallığı, milli  ruhda  böyüməsi, xarici  təsirlərə  düşməməsi,  vətənpərvərlik  ruhda  tərbiyəsi alması üçün  qanunverici  orqan  mühüm  addımlar  atmalıdır".
Antiazərbaycan  qüvvələrdən,  "beşinci  kolon"dan  söhbət  açan  Prezident  bu  yolu  xəyanət  yolu  adlandırdı.
Beynəlxalq  fəaliyyətdən  danışarkən cənab İlham Əliyev söylədi ki, beynəlxalq  təşkilatlarda  təmsil  olunan   deputatlar  Azərbaycan  həqiqətlərini, tarixi  ədaləti, bizim  mövqeyimizin  çatdırılması  üçün  böyük  işlər  görməlidirlər, fəal  olmalıdırlar. Bütövlükdə  beynəlxalq  təşkilatlar  çərçivəsində  fəaliyyətimiz  məqsədyönlü  olmalıdır.Turist  səfərləri  yox, səmərəli  fəaliyyət  etməlidirlər. Çəkinmədən  hər  şeyi  öz  adı  ilə  söyləmək  lazımdır.
İqtisadi  sahədə  görülən  işlərdə  parlament  üzvləri  hökümət  üzvləri  ilə  sıx  təmasda  olmalıdır. Məsuliyyət  və  nəzarət mexanizminin olması  ümumi  işimizə  müsbət  təsir  edəcək.
Prezident  Administrasiyasında  parlamentlə  iş  üzrə  xüsusi  şöbə  yaradılıb, biz  parlamentin  işinə  böyük  əhəmiyyət  veririk. İqtisadi  islahatlar  davam  edir.
Dinlərarası, mədəniyyətlər arası  dialoqun  inkişafı  ilə  bizim  parlamentin  də  rolu  çox  və  təsirli  ola  bilər. Radikalizmə  qarşı geniş  mübarizə  aparılmalıdır.
Təhlükəsizlik, əmin-amanlıq, inkişaf, sosial  rifah, azadlıqlar. Parlament  bu  məsələlərlə  ciddi  məşğul  olmalıdır. 
Son  16  ilin  uğurlarından  söhbət  açan Dövlət başçısı qeyd etdi ki, Azərbaycan  Ordusu  dünyanın  50  ən  güclü  ordusu  sırasındadır. Beynəlxalq mövqelərimiz  möhkəmlənib. Qoşulmama  hərəkatına  üzv  olmuşuq, sədr  olmuşuq.  Türk  şurasına  sədr  olmuşuq  və  türkdilli  dövlətlərlə  əməkdaşlıqda  Azərbaycan  önəmli  rol  oynayır. 
Biz  bu  gün  müstəqil  ölkə  kimi  yaşayırıq, müstəqil  siyasət  aparırıq, heç  kimin  işinə  qarışmırıq, heç  kimə  də  imkan  vermirik  ki,  bizim  işimizə  qarışsın. Müstəqillik  və  inkişaf  yolunda  Azərbaycan  Parlamenti  bu  işdə  fəal  olacaq.
Təyyubə Hüseynova
Saray qəsəbə 3 saylı məktəbin direktoru, Əməkdar müəllim / azxeber.com

Siyasi       Tarix: 09 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler cəbhədən son xəbərlər cəbhədən ən son xəbər bu gunun xeberleri