Azərbaycan Ordusunun zəfər yürüşünə xarici ölkələrin vətəndaşları da sevinir - Ali Baş Komandana MÜRACİƏTLƏR
Azərbaycan Ordusunun zəfər yürüşünə xarici ölkələrin vətəndaşları da sevinir - Ali Baş Komandana MÜRACİƏTLƏR
Azərbaycan ordusunun ikinci Qarabağ müharibəsində qazandığı tarixi zəfər xarici ölkə vətəndaşlarının da sevincinə səbəb olub.
Türkiyə və İsraildə yaşayan insanlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təbrik məktubları ünvanlayıb.
Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.
Müraciətlərdə bildirilir ki, Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi və şanlı Ordumuzun şücaəti ilə düşməni işğal edilmiş ərazilərdən qovub, ölkəmizin suverenliyi, ərazi bütövlüyünü tam bərpa edib.
Bu qələbənin Azərbaycanın dövlətçilik səhifəsində böyük bir tarix yaratdığını, düşmənlərə və onların havadarlarına dərs verildiyi vurğulanır.
Vaxtı ilə doğma torpaqlarından məcburi qovulan vətəndaşlarımızın da Ali Baş Komandana ünvanladığı təbriklərin ardı-arası kəsilmir.
Ölkə başçısına ünvanlanan məktublarda xalqın hər bir üzvünün onunla eyni dövrdə yaşadığı üçün fəxr və qürur hissi keçirdiyi qeyd olunur.
Xalq ölkə başçısının bu günlərdəki məğrur duruşunu, qətiyyətli mövqeyini, düşmənə layiqli cavablarını görür və bundan qürurlanır. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."