Azərbaycan Prezidenti: '80-dən çox ölkəyə yardım göstərmişik

Azərbaycan Prezidenti: '80-dən çox ölkəyə yardım göstərmişik"Bəli, siz tamamilə haqlısınız. Bu gün regional gündəlikdə duran məsələlər çox cəhətdən bizim fəaliyyətimizlə bağlıdır və bizim təşəbbüslərimizin çoxu, tərəfdaşlarımızın təşəbbüslərinin çoxu bizim iştirakımız və müsbət münasibətimiz olduğu halda reallaşır".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Bununla paralel olaraq deməliyəm ki, bu, qarşılıqlı faydalı əməkdaşlığa yönəlib. Energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə, həm siyasi, həm iqtisadi fayda əldə edilməsinə hədəflənib. Ona görə də bu halda artıq uzun illər ərzində Azərbaycanın təşəbbüsləri ilə bağlı olan hər şey apriori, düşünülmüş və həyata keçirilmək üçün zəmin olan təşəbbüs kimi qəbul edilir. Onu da deməliyəm, elə bir hal olmayıb ki, biz kiməsə ağıllı görünmək və ya kiminsə xoşuna gəlməkdən ötrü hansısa xəyalpərəstliklə, populizmlə, havaya sözlə və ya hansısa bayağı, çeynənmiş terminlərin artikulyasiyası ilə məşğul olaq. Yəni, bizim təşəbbüs göstərdiyimiz hər şey yerinə yetirilə bilən idi və yerinə yetirildi.
Qoşulmama Hərəkatına gəlincə, əlbəttə bu, Azərbaycan üçün yeni roldur. Xüsusən ona görə ki, bizim ölkəmiz bu təşkilata daxil olan son ölkələrdən biridir. Biz yeni üzvük. Lakin biz dərhal bütün ölkələrin etimadını və hörmətini qazana bildik. Buna görə də ölkələr iki dəfə bizim lehimizə səs verdilər. Yəni bir dəfə bizim rəhbərlik etməyimizə etimad göstərdilər, sonra isə yekdilliklə təklif etdilər ki, biz sədrliyimizi daha bir il uzadaq. Biz buna formal baxımdan deyil, hansısa fayda və ya hansısa güzəşt naminə deyil, bizim nə edə biləcəyimiz və bu təşkilatı necə möhkəmlədə biləcəyimiz baxımından yanaşırıq. Çünki mən sırf mexaniki surətdə təşkilat deyirəm, amma bu, təşkilat deyil, Hərəkatdır və beynəlxalq terminologiyada o, təşkilat adlandırılmır. Lakin, düşünürəm ki, institusionallaşdırma yolu ilə getmək lazımdır. Bu yolda biz müəyyən addımlar atmışıq. Birincisi, Hərəkatın üzvü olan parlamentlərin başçılarının qarşıdakı Bakı görüşüdür. Biz parlament elementi yaratmaq istəyirik. Artıq razılıq əldə edilib. Həmçinin bu Hərəkatın gənclər elementini də yaratmaq və beləliklə, struktur dəyişiklikləri yolu ilə getmək istəyirik. Əlbəttə, bu, bütün ölkələrin razılığını tələb edəcək. Bilirsiniz ki, Hərəkatın üzvü olan bəzi ölkələr arasında mürəkkəb münasibətlər var. Biz bütün bunları nəzərə alırıq və buna görə də çox səliqə ilə, lakin israrla hərəkət edirik.
Pandemiya vaxtı bizim gördüyümüz işlər, beynəlxalq təşəbbüslər, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə - bütün bunlar Hərəkatın nüfuzunu artırır. O, beynəlxalq arenada daha tanınmış, daha nəzərəçarpan olur. Biz, eyni zamanda, hətta COVID pandemiyasına qədər üzv ölkələrə kömək göstərmişik. Bizim çoxlu humanitar proqramlarımız var ki, bu barədə bəlkə də Azərbaycan ictimaiyyətinin məlumatı yoxdur. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə biz çox ölkələrə humanitar yardım göstəririk, pandemiya dövründə isə biz 80-dən çox ölkəyə həm maliyyə yardımı, həm də maddi yardım göstərmişik. Bu, əlbəttə, yüksək qiymətləndirilir. Xüsusən ona görə ki, bu ölkələrin resursları məhduddur, onlar vaksin millətçiliyindən əziyyət çəkirlər. Fikrimcə, bu məsələni beynəlxalq səviyyədə bizdən çox qaldıran olmayıb. Bu, hiddətləndirici ədalətsizlikdir ki, özlərini demokratiya, insan hüquqları bərabərliyi mənbələri kimi göstərməyə çalışan ölkələr onlara lazım olduğundan üç-dörd dəfə artıq vaksin alırlar, sonra bu vaksinlərin istifadə müddəti bitir və onları tullayırlar. Yoxsul ölkələrə isə, əslində, heç nə qalmır. Axı, bu statistika məlumdur. Bu, hiddətləndirici ədalətsizlikdir. Bu, bütün mənəvi oriyentirlərin və hansısa hüquqdan, ədalətdən danışmaq haqqının tamamilə itirilməsidir. Azərbaycan bu mürəkkəb funksiyanı öz üzərinə götürüb. Biz başa düşürük ki, Afrika ölkələrində və digər yerlərdə insanların öldüyü bir vaxtda, - sadəcə, orada statistika aparılmır, - öz əhalisini artıq üç doza ilə təmin edəndə özlərini çox yaxşı hiss edən bir sıra ölkələrlə qarşıdurmaya gedirik. Biz şüurlu olaraq buna getdik. Məhz ona görə ki, biz buna inanırıq və ona görə ki, konyunkturanı deyil, prinsipləri rəhbər tuturuq. Bu, bizim ölkəmizə daha çox hörmət qazandırdı. Hərəkata üzv ölkələrin çoxu indi Azərbaycanı onların maraqlarını açıq şəkildə müdafiə edə bilən ölkə kimi görürlər. Yeri gəlmişkən, Bakıda keçirilən sammitdə, sədrlik funksiyasını öz üzərimə götürəndə demişəm ki, biz üzv ölkələrin maraqlarını, beynəlxalq hüququ və ədaləti qoruyacağıq. Biz bunu edirik və Hərəkatın nüfuzunu yüksəltməyə, struktur dəyişiklikləri yolu ilə getməyə səy göstərəcəyik", - Prezident bildirib.

Sosial       Tarix: 13 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 hava proqnozu apa.az xeberler son xeberler 2026