Azərbaycan Prezidenti: Biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər dörd seqmentində iştirak etmişik

Azərbaycan Prezidenti: Biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər dörd seqmentində iştirak etmişikAzərbaycan Prezidenti: Biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər dörd seqmentində iştirak etmişik
Cənub Qaz Dəhlizi layihəsinin dəyəri ilkin olaraq dəyər 44,6 milyard dollar olaraq hesablanmışdı. Lakin, səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində onun dəyəri 33 milyard dollara enib. Bunun özü əhəmiyyətli bir nailiyyətdir. Çünki adətən tikinti layihələrinin icrası zamanı dəyər azalmır, əksinə artır. Azərbaycan layihəyə 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə töhfəsi verib və biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər 4 seqmentində - "Şahdəniz", Cənub Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak etmişik.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında danışıb.
Azərbaycanın tərəfdaşlarına bəzi mühüm tarixi nailiyyətləri xatırladan dövlətimizin başçısı deyib: "1994-cü il bizim bütün nəhəng layihələrimiz üçün başlanğıc nöqtəsi hesab oluna bilər. 1996-cı ildə Azərbaycan və beynəlxalq enerji şirkətlərindən ibarət konsorsium "Şahdəniz" yatağı ilə bağlı müqavilə imzalamışdır. Hazırda həmin yataq Cənub Qaz Dəhlizinin yeganə təbii ehtiyat mənbəyidir. Ancaq əminəm ki, digər yataqlardan da əlavə qaz həcmləri olacaqdır. 1997-ci ildə xarici şirkətlər tərəfindən Xəzərdə ilk neftin hasil edilməsi reallığa çevrilmişdir. Azərbaycan Xəzər dənizində fəaliyyət göstərmək üçün xarici neft şirkətlərini dəvət edən ilk ölkə olmuşdur. Daha sonra 1999-cu ildə biz Bakıdan Gürcüstanın Supsa liman şəhərinədək uzanan boru kəmərini istifadəyə verdik. Bu, gələcək sərmayə qoyuluşu baxımından çox vacib idi. Çünki buna qədər bizim dünya bazarına çıxışımız yox idi. Azərbaycan dənizə çıxışı olmayan ölkədir. Bu səbəbdən bizim boru kəmərlərinə ehtiyacımız var idi və beləliklə, 1999-cu ildəki nailiyyətimiz əhəmiyyətli dəyişiklik yaratdı".
Prezident qeyd edib ki, daha sonra 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri ilə bağlı işlərin planlaşdırılmasına başlandı. "Bu, Xəzər dənizinin Aralıq dənizi ilə birləşdirilməsi demək idi. Biz artıq təchizat marşrutlarının şaxələndirilməsinə nail olduq. 2007-ci ildə biz Azərbaycandan Gürcüstana, oradan isə Türkiyəyə uzanan qaz boru kəmərinin inşasını başa çatdırdıq. Bunun özü də tarixdə bir ilk idi – Azərbaycan qonşu ölkələri təbii qaz ilə təmin etməyə başladı. Nəhayət, 2012-ci ildə, Avropa İttifaqı ilə bəyanatın imzalanmasından bir il sonra, biz Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin inşası ilə bağlı müqavilə imzaladıq. Bu, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından çox mühüm hadisə idi. 2018-ci ildə TANAP-ın icrası başa çatdıqdan sonra, 2020-ci ildə TAP layihəsi də yekunlaşdırılmışdır", - deyə dövlətimizin başçısı diqqətə çatdırıb. /oxu.az

Siyasi       Tarix: 11 fevral 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 xeberler bugun cəbhədən son məlumatlar novruz bayramı