Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
Biz Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Ötən dövr ərzində Azərbaycan-Braziliya əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda genişlənməsi bizi sevindirir.
KONKRET.az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya bu ölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
"Bu il Bakıda təşkil ediləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı Braziliya ilə birgə sıx əməkdaşlıq edəcəyimizə inanıram. Qlobal istiləşməni 1,5 C° səviyyəsində saxlamaq məqsədilə Üçlük mexanizmi çərçivəsində ölkəniz və Birləşmiş Ərəb Əmirlikləri ilə apardığımız birgə fəaliyyəti yüksək qiymətləndirirəm.
Fürsətdən istifadə edərək G20 Sammitinin keçirilməsində ölkənizə uğurlar arzulayıram", – deyə dövlət başçısı bildirib.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb