Azərbaycan Prezidenti dünya üçün nümunədir' - Deputat

Azərbaycan Prezidenti dünya üçün nümunədir' - Deputat"ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə "Sülh Şurası" adlı beynəlxalq təşkilatın yaradılması və Azərbaycanın bu qurumda təsisçi dövlət qismində iştirakı, şübhəsiz ki, ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzdan, böyük hörmətdən və ən əsası, cənab Prezidentin sülhə və demokratiyaya sadiqliyindən irəli gəlir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. 
O bildirib ki, İlham Əliyev daim sülhün, ədalətin və haqqın bərqərar olması uğrunda mübarizə aparıb:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev prezident seçildiyi gündən etibarən daim sülhün, ədalətin və haqqın bərqərar olması uğrunda mübarizə aparıb. Azərbaycan torpaqları 30 il işğal altında olanda, şəhər və kəndlərimiz viran qoyulmasına baxmayaraq, ölkə rəhbəri həmin dövrdə də sülhün bərqərar edilməsini, müharibənin sona çatdırılmasını ardıcıl şəkildə dəstəkləyirdi. Bununla əlaqədar müxtəlif tribunlardan bəyanatlar verir, Ermənistanı sülhə dəvət edir, eləcə də beynəlxalq təşkilatları bu yolda fəaliyyətlərini artırmağa çağırırdı. Müharibədə qələbə qazanmağımıza və Ermənistanın məğlub olmasına baxmayaraq, cənab İlham Əliyev yenə də sülh yolunu məqbul hesab etdi və bu istiqamətdə daim danışıqlar apardı. Vaşinqton görüşü, sonrakı mərhələlərdə Ermənistan rəhbərliyi ilə aparılan danışıqlar, beynəlxalq təşkilatlara edilən müraciətlər Azərbaycan Prezidentinin demokratiyaya, insan hüquqlarına, ədalətə və sülhə sadiqliyini dəfələrlə təsdiqlədi və bu gün də təsdiq edir".
Parlamentari qeyd edib ki, Azərbaycan dövləti və onun rəhbəri sülhə hər zaman sadiqdir:
"Azərbaycan Prezidenti Vaşinqton görüşündə bir daha vurğuladı ki, Azərbaycan Ermənistanla qonşuluq münasibətləri şəraitində yaşamaq və əməkdaşlıq etmək arzusundadır. Bu mövqe Tramp tərəfindən yüksək qiymətləndirildi. Azərbaycanın "Sülh Şurası"nın təsisçi prosesində yer alması, Prezidentə göstərilən böyük etimadın və onun bu sahədəki rolunun qiymətləndirilməsidir.
Qürur duyuruq ki, bütün beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti öz sülh çağırışlarını, demokratiyaya və insan hüquqlarına sədaqətini açıq şəkildə nümayiş etdirir və bunu fəaliyyəti ilə sübuta yetirir. Məhz buna görə də "Sülh Şurası"na üzvlük ölkəmiz üçün yeni dividendlər qazanmaq deməkdir. Bu, bir daha dünyaya göstərir ki, Azərbaycan dövləti və onun rəhbəri sülhə sadiqdir və bu yolda ən mötəbər platformalarda öz mövqeyini qətiyyətlə sübut edir".
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti dünya üçün nümunədir:
"Davos görüşü də bir daha göstərdi ki, Azərbaycan dünyaya açıqdır. Təkcə iqtisadi problemlərin həllində deyil, həm də sülhə və təhlükəsizliyə dəstək verməkdə Azərbaycan Prezidenti dünya üçün nümunədir. Onun apardığı siyasət yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərpası baxımından son dərəcə vacibdir. Beynəlxalq aləmin, xüsusilə dünyanın ən böyük dövlətlərindən biri olan ABŞ rəhbərliyinin bunu görməsi və yüksək qiymətləndirməsi çox önəmlidir. Cənab İlham Əliyevin ABŞ Prezidenti ilə görüşü və bu görüşün yaratdığı təəssürat bir daha deməyə əsas verir ki, Azərbaycan Prezidenti bundan sonra da sülhsevər siyasətini davam etdirərək ölkəmizin inkişafı və beynəlxalq nüfuzunun artması üçün vacib olan bütün məsələlərin həllinə qadirdir".
Şahanə Ziyad

Siyasi       Tarix: 28 yanvar 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler bu gunun xeberleri valyuta mezennesi 2026 az xeber