Azərbaycan "Qarabağ" brendi ilə balın Avropaya ixracına hazırlaşır

Azərbaycan Qarabağda istehsal edilən bal gələcəkdə Azərbaycanın ümumi bal istehsalının 30%-ni təşkil edə bilər.
KONKRET.az xəbər verir ki, bunu "Report"a Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, hazırda Kəlbəcərə arı ailələrinin köçürülmə prosesi davam edir:
"Kəlbəcər, Laçın rayonlarına təxminən 20 mindən çox arı ailələrinin köçürülməsi nəzərdə tutulur. Ötən il köçürülən arı ailələrinin sayı iki min idi. Xocavəndə də arı ailələrinin köçürülməsi üçün artıq müraciətlər var, həmçinin icazələr də var. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) həmin ərazilərə köçəcək arıçı fermerlərə təlim keçir. Bundan sonra arıçı fermerlərə ərazilərə köçmək üçün icazələr verilir".
O bildirib ki, azad edilmiş ərazilərə böyük həcmdə arıçılıq təsərrüfatları köçürülür.
B.Həsrətov qeyd edib ki, Qarabağ adını brendləşdirərək, bu ad altında ölkənin bazarlarında artıq bal satışına başlanılıb:
"Həmin şirkət artıq "ABAD" publik hüquqi şəxslə işləməyə başlayıb".
B.Həsrətov vurğulayıb ki, torpaqlarımız azad edilməmişdən əvvəl ermənilər "Kalbajar" adı altında ərazilərimizdə istehsal edilmiş balı Avropaya göndəriblər:
"Biz aktivləşsək, erməniləri dünya bazarından çıxara bilərik. Lakin Avropa İttifaqı ölkələrinə arıçılıq məhsullarının ixracı üçün xüsusi icazələrin alınması tələb olunur. Hazırda biz heyvan mənşəli qidaların ixracını həyata keçirə bilmirik. Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə çalışır, Aİ ölkələrinə bal ixracına icazə almaq istəyir. Hazırda danışıqlar aparılır ki, məhdudiyyətlər aradan qaldırılsın. Müsbət cavab artıq verilib, bununla bağlı Aİ ölkələrindən ekspertlər gələcəklər, əraziləri yoxlayacaqlar, balın süzülmə prosesini, qablaşdırma yerlərini nəzarətdən keçirəcəklər. Bundan sonra Aİ ölkələrinə bal ixracına icazələr veriləcək".
Onun sözlərinə görə, ötən il ölkədə yeddi min ton bal süzülmüşdü:
"Bu il isə daha çox bal süzümünü gözləyirik, hədəfimiz 10 min tondur. Ümumiyyətlə, ölkədə istehsal həcminin artmasını gözləyirik".
Xatırladaq ki, Kəlbəcər rayonu üzrə 28 mindən çox arı ailəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Bu arı ailələrinin əksəriyyəti Kəlbəcər yaylaqlarına köçürüləcək. Artıq 500-dən çox fermer arıçılıq təsərrüfatlarını yaylaqlara aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron portalında qeydiyyatdan keçib. Qeydiyyat prosesi aprelin 30-da başa çatıb.

Sosial       Tarix: 11 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber az hava proqnozu kriminal xeberler son xabarlar