Azərbaycan Qəzzaya niyə sülhməramlı göndərməyəcək? - Fərid Şəfiyevdən açıqlama

Azərbaycan Qəzzaya niyə sülhməramlı göndərməyəcək? - Fərid Şəfiyevdən açıqlamaAzərbaycan Qəzza məsələsində sülhün təmin olunmasına dəstək göstərməyə hazır olsa da, bölgədə həyata keçirilməsi müzakirə olunan sülhməramlı missiyada iştirak etməyəcək. Prezident İlham Əliyev bu barədə müsahibəsində də açıq şəkildə mövqeyini ortaya qoydu. Azərbaycan daha əvvəl Kosovada, Əfqanıstanda və İraqda BMT-nin sülhməramlı əməliyyatlarında iştirak edib və həm hərbi, həm də mülki personal vasitəsilə sülhün qorunmasına dəstək göstərib. Bu təcrübə humanitar yardımların çatdırılması və texniki avadanlıqla dəstəyin təmin olunmasında Azərbaycanın potensialını göstərir. Hazırda isə Qəzza zolağı gərgin və təhlükəli vəziyyətdədir. Azərbaycan yalnız humanitar yardım və texniki avadanlıqla dəstək göstərməklə prosesi dəstəkləyə biləcəyini vurğulayıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev azxeber.com-a açıqlamasında deyib ki, iki növ sülhməramlı əməliyyat mövcuddur:
"İki növ sülhməramlı əməliyyat mövcuddur. Birincisi sülhməramlı əməliyyatlar, ikincisi isə sülhün tətbiq edilməsi əməliyyatlarıdır. Bu bölgü BMT-nin nizamnaməsinə uyğun olaraq 6-cı və 7-ci fəsillərdə əksini tapıb. Azərbaycan Kosova, Əfqanıstan və İraqda sülhməramlı əməliyyatlarda iştirak edib. Hazırda isə məhdud tərkibdə, dörd nəfərlik kontingentlə Sudanda təmsil olunur. Sülhməramlı əməliyyatlar zamanı əsasən hərbi qulluqçular, bəzi hallarda isə mülki nümayəndələr cəlb olunur. Burada məqsəd müəyyən obyektlərin mühafizəsi, sərhədlərdə və ya təmas xəttində sülhün qorunmasıdır. Yəni, bu fəaliyyət mahiyyət etibarilə sülhməramlı xarakter daşıyır".
Sədr qeyd edib ki, sülhün tətbiq edilməsi isə fərqli anlayışdır:
"Sülhün tətbiq edilməsi əməliyyatlarında artıq gücdən istifadə nəzərdə tutulur. Belə hallarda təbii ki, itkilər də ola bilər. Prezident açıq şəkildə qeyd edib ki, Azərbaycan ölkə xaricində bu tip əməliyyatlarda iştirak etməyəcək. Qəzzada vəziyyət hələ də qeyri-müəyyəndir, bölgədə atışmalar davam edir. Digər tərəfdən, HƏMAS, Fələstin və İsrail tərəflərinin bu məsələyə münasibəti də sual altındadır. İsrail Azərbaycanın bu məsələdə iştirakını çox da arzuolunan hesab etmir. HƏMAS-ın mövqeyi isə hələlik bəlli deyil. Bundan əlavə, təhlükəsizliklə bağlı ciddi risklər mövcuddur. Məhz bu səbəbdən hazırda cavabsız qalan çoxsaylı suallar var. Azərbaycan sülhməramlı əməliyyatlarda iştirak edib və hazırda da edir. Lakin sülhün tətbiq edilməsi əməliyyatlarında Azərbaycan iştirak etməyəcək".
Şahanə Ziyad

Siyasi       Tarix: 08 yanvar 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun son xeberler bugun 2026 canli bu gunun xeberleri novruz bayramı