Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə yeni sədr seçildi
Vüqar Oruc 57 konfrans nümayəndəsindən 34-nün səsini qazanıb
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) hesabat-seçki yığıncağı keçirilib. AYNA xəbər verir ki, "Excelsior Hotel"də baş tutan konfransda AQC sədri Nüsrət İbrahimovun hesabat məruzəsi dinlənilib.
Daha sonra Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, İdarə Heyəti və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib. Sədrlik uğrunda iki namizəd mübaribə aparıb. Vüqar Oruc 57 konfrans nümayəndəsindən 34-nün, Nüsrət İbrahimov isə 23-nün səsini qazanıb. Beləlkilə, Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri seçilib.
Ramil Osmanlı, Fərid Rüstəmov, Elnur Əsədov, Nahid Həsənov, Pərviz Qulami, Zamin Hüseynov, Vüqar Oruc, Nüsrət İbrahimov və Xaliq Qurbanov AQC İdarə Heyətinin üzvləri, Vasif Məmmədli, Tural Bağırov və Cabir Əzizov Nəzarət Təftiş Komissiyasının üzvləri seçiliblər.
Xatırladaq ki, Vüqar Oruc 2011-ci ildən qiymətləndirmə sahəsində çalışır. Ölkəmizin aparıcı qiymətləndirmə şirkətlərindən olan "Vecon Consultıng" şirkətinin təsisçisi və direktorudur. Son konfransa qədər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini və qurumun İdarə Heyətinin üzvü olub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı