Azərbaycan regional gücdən beynəlxalq aktora necə çevrilir? - TƏHLİL

Azərbaycan regional gücdən beynəlxalq aktora necə çevrilir? - TƏHLİLAzərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra ilk hədəflərdən biri dünyaya sürətlə inteqrasiya oldu. Çünki böyük olmaq, yüksək hədəflərə çatmaq istəyən dövlət dünyadan təcrid olunmuş şəraitdə yaşaya bilməz. Ona görə də Azərbaycan addım-addım sivilizasiyanın bir parçası olmağa başladı.
1992-ci ilin mart ayının 2-də Azərbaycan BMT-nın üzvü oldu. Lakin Azərbaycanda gedən inteqrasiya proseslərində əldə edilən uğurlar hər şeydən öncə Heydər Əliyevin fenomenal siyasi lider amilinə əsaslanıb. Bu bir faktdır ki, Azərbaycanın qazandığı uğurların təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır.
Azərbaycan regional gücdən beynəlxalq aktora necə çevrilir? - TƏHLİLAzərbaycan dövlətinin Avropaya və dünyaya inteqrasiyasının siyasi prinsip və əsasları ulu öndərin alternativi olmayan qalibiyyət kursunun ayrılmaz tərkib hissəsi idi. Dövlət müstəqilliyinin ilk illərindən etibarən dünya birliyinə inteqrasiya istiqamətində kompleks tədbirlər həyata keçirən ümummilli liderin məqsədyönlü siyasətinin prinsipial məqamları Azərbaycan üçün böyük nəzəri-təcrübi əhəmiyyətə malikdir.
Məhz onun təşəbbüsü və iradəsi ilə müstəqilliyinin ilk illərindən BMT, ATƏT və İKT-yə üzv olan Azərbaycan həyata keçirilən ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurası kimi mötəbər bir quruma qəbul edildi. Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə böyük önəm verən Ulu öndər Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaratdı, bu nüfuzlu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi üçün fəal xarici siyasət həyata keçirildi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xarici siyasətimizdə əldə olunan uğurlardan ən böyüyü beynəlxalq ictimai rəyin Azərbaycanın xeyrinə dəyişdirilməsi, Ermənistanın işğalçı dövlət kimi rəsmi sənədlərdə tanıdılması və dünya birliyini Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünə və müstəqil siyasətinə həssaslıqla yanaşmağa inandıra bilməsi olub. Azərbaycanın diplomatiya tarixində qazandığı ən böyük uğurlardan biri, heç şübhəsiz, 2011-ci il oktyabrın 24-də 193 dövlətdən 155-nin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir.
Bu, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının bir daha təsdiqlənməsi deməkdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas təsirli amillərindən birinə çevrilməsidir. Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin artan fəallığı danılmaz faktdır. Bu gün ölkəmiz ümumilikdə regionun dünya birliyinə inteqrasiyası üçün qlobal əhəmiyyət kəsb edən təşəbbüslərlə çıxış edir və bu, beynəlxalq ictimaiyyət tərəfindən alqışlarla qarşılanır.
Bu faktı qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycanın xarici ölkələrdə 60-a yaxın səfirliyi, 5 təmsilçilik ofisi, 18 beynəlxalq təşkilat yanında missiyası və 9 baş konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 53 dövlətin səfirliyi, 3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.
Azərbaycan regional gücdən beynəlxalq aktora necə çevrilir? - TƏHLİLQloballaşan dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə, ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də ölkəmizin xarici siyasəti üçün müstəsna əhəmiyyət daşımaqdadır. Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT, İKT, MDB, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Birliyi, Beynəlxalq Valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpa və İnkişaf Bankı və İslam İnkişaf Bankının üzvü oldu. Sonrakı illərdə Parlamentlərarası İttifaq, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər nüfuzlu beynəlxalq və regional qurumlarla qarşılıqlı faydalı əlaqələr yarandı. BMT Nizamnaməsinə, ATƏT və Avropa Şurası prinsiplərinə, dünya dövlətləri tərəfindən qəbul edilmiş digər beynəlxalq hüquq normalarına əsaslanan Azərbaycan Respublikası dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə fəal və genişmiqyaslı əməkdaşlığını davam etdirir.
Azərbaycanla Avropa İttifaqını birləşdirən, sıx təmaslar üzərində uzunmüddətli əməkdaşlığını dərinləşdirən oxşar cəhətlər var. Hər iki tərəf etibar və etimada görə, səmimi əməkdaşlığa və qarşılıqlı münasibətlərin dinamikasına görə, dünyada örnək sayılır. Tərəflərin hər ikisi dünyada şəffaflıq və yüksək reputasiya statusunu qazanıb. Bu mənada Aİ ilə Azərbaycanın əməkdaşlığı 10 ildən artıq bir dövrdə yüksələn xətlə inkişaf edib, yeni sahələri əhatə edir. Bütün bu nailiyyətlərin əldə olunmasının səbəbi dövlət başçısının müəyyən etdiyi mükəmməl iqtisadi inkişaf platforması və aparılan məqsədyönlü siyasət, genişmiqyaslı islahatların davamlılığı və hökumətin güclü iradəsi, qətiyyətidir. Azərbaycan bölgədə potensial sərmayədar ölkə kimi çıxış edir. Bütün bunlarla yanaşı, Azərbaycanın əlverişli sərmayə mühitini təmin etməsi xarici dövlətlərin investorlarının ölkəmizə axınını da sürətləndirib. Bu, xarici sərmayə qoyuluşlarının artım dinamikası üçün əlverişli imkanlar yaradır. İnvestisiya sahəsində həyata keçirilən tədbirlər və bu bölmədə sərmayə cəlbediciliyinin yüksəldilməsi Azərbaycanın maliyyə sabitliyinin möhkəmlənməsinə təkan verib, xarici investorların ölkəyə marağının artmasına zəmin yaradıb. Dünyanın ən inkişaf etmiş dövlətləri Azərbaycanda dəyəri milyard dollarla ölçülən iri layihələr həyata keçirir. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 90 faizini təşkil edir. Bütün bu faktorlar Aİ ilə Azərbaycan arasında yeni dövrün reallıqları əsasında əməkdaşlığın konseptual məzmununa baxışların müasirləşməsini ehtiva edir. Azərbaycan dövlətinin xarici siyasətində Avropaya inteqrasiya prioritet istiqamətə çevrilmiş və bu kontekstdə beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə fəal əməkdaşlıq başlanıb.
Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq sazişinə, 2006-cı ildə Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə "Şərq tərəfdaşlığı" təşəbbüsünə əsaslanır. Hazırda Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2009-cu ildən həyata keçirilən və Azərbaycanın da iştirak etdiyi "Şərq tərəfdaşlığı" təşəbbüsü Avropa İttifaqı və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Avropa İttifaqı mühüm geostrateji mövqedə yerləşən, təbii sərvətlərlə zəngin olan, eyni zamanda, Cənubi Qafqaz regionunun Qərbə inteqrasiyasında hərəkətverici dövlət statusunu təsdiqləyən Azərbaycan ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu dəfələrlə bəyan edib. Göründüyü kimi, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu gün də davam və inkişaf etdirilən uğurlu xarici siyasət strategiyası respublikamızın beynəlxalq arenadakı nüfuzunun gündən-günə artması, dövlətimizin etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq təşkilatların fəal üzvü, habelə regionumuz və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan tədbir və layihələrin təşəbbüskarı olması ilə nəticələnməkdədir.
Natiq Səlim,
KONKRET.az
Azərbaycan regional gücdən beynəlxalq aktora necə çevrilir? - TƏHLİLP.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

Siyasi     Baxılıb: 95   Tarix: 22 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

HƏMAS liderindən ŞOK AÇIQLAMA: İsrail bütün region üçün

HƏMAS-ın rəhbər şəxslərindən biri olan Xalid Məşəl İsrailin yalnız Fələstin üçün deyil, bütövlükdə Yaxın Şərq üçün ciddi təhlükə mənbəyinə çevrildiyini bildirib. KONKRET.azxəbər verir ki, o, çıxışında problemin təkcə İsraili

İlham Əliyev İranın müdafiə nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, dövlətimizi

Əbu-Dabidən sülh mesajı: İlham Əliyev regional sabitliyə çağırış etdi

Seyran Hüseynova, Göygöl Regional Aqrokimya Laboratoriyasının müdiri. Azərbaycan Prezidenti cənab İlham Əliyev 4 fevral 2026-cı ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən "Zayed İnsan Qardaşlığ

İrana nə təklif olunacaq? – Razılaşma planının detalları açıqlandı

Qətər, Türkiyə və Misirdən olan vasitəçilər İran və ABŞ arasında cümə günü keçirilməsi planlaşdırılan danışıqlar üçün çərçivə sənədi hazırlayıb. xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat yayıb. Təklif olunan plana əsasən

İran razılaşmaya hazırdır, ABŞ isə... - Tramp

Vaşinqton hesab edir ki, Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə can atır. Lakin ABŞ razılaşmaya nail olmağa tələsmir. KONKRET.azxəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasınd

"Ermənistan sülh istəmir, vaxt qazanmağa çalışır" - Müharibə anonsu, yoxsa...?

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər. Bəs, bu proses uğurla davam edərsə, 5 il sonra Azərbaycan–Ermənistan münasibətlərini necə təsəvvü

İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri fevralın 5-də başa çatıb. xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü

Prezidentlərin görüşü yeni strateji mərhələnin simvoludur

02 fevral 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfər edib. Azərbaycan Prezidentinin Əbu-Dabidə BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla ba

Azərbaycan Rusiya səfirinə nota təqdim etdi

6 fevral 2026-cı il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-dən -a verilən xəbərə görə, Rusiya səfiri ilə görü


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycan son xeber bugun valyuta mezenesi en son xəbərlər bugün sonxeber.az