Azərbaycan regionun əsas idman gücünə çevrilib

Azərbaycan regionun əsas idman gücünə çevrilibAzərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır. İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir.
Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Başa çatmaqda olan 2024-cü ildə idmançılarımızın əldə etdikləri nailiyyətlər Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da artırır. Prezident cənab  İlham Əliyevin ilin idman yekunlarına həsr olunan mərasimində qeyd etdiyi kimi, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. İdmançılarımızın beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdiklərini bildirən dövlət başçısı xüsusilə vurğuladı ki, bu, idmanımızın inkişaf etdiyini göstərir. Buna görə də, uğurlu idman siyasəti nəticəsində qarşıdakı ildə də idman qələbələrimizin davam edəcəyinə heç bir şübhə yoxdur. 
Qazandığımız medallar idman növlərindəki əzmi və istedadı nümayiş etdirdi. İdmançılarımızın yarışdakı uğurları, gənc nəsil üçün ilham mənbəyi oldu və idman mədəniyyətinin inkişafına töhfə verdi. Bu nailiyyətlər, yalnız idmançıların şəxsi uğurları deyil, eyni zamanda ölkənin idman siyasətinin və infrastrukturunun müsbət nəticəsi kimi də qiymətləndirilir. 2024-cü ildəki iştirak, Azərbaycanın idman sahəsindəki potensialını bir daha ortaya qoydu və gələcək uğurlar üçün möhkəm bir baza yaratdı.
2015-ci ildə birinci Avropa Oyunlarına və 2016-cı ildə "Formula-1" Avropa Qran-prisinə, eləcə də IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edən Bakı şəhəri Azərbaycanın hərtərəfli inkişafını nümayiş etdirir. Bütün bunlar belə deməyə əsas verir ki, bu sahədə qazandığımız uğurlar Prezident İlham Əliyevin idman siyasəti sayəsində mümkün olmuşdur. Buna görə də, təsadüfi deyil ki, ötən illər ərzində Azərbaycanın regionun əsas idman gücünə çevriləsi təsadüfi qarşılanmır - respublikamızda dünya və Avropa çempionatları və digər yüksək dərəcəli beynəlxalq yarışların keçirildiyini artıq saymaq mümkün deyil.
Gənclərin vətənpərvərlik hisslərinin aşılanmasında idmanın rolu olduqca önəmlidir. İdman, yalnız fiziki aktivliyi deyil, eyni zamanda birgə fəaliyyət, komanda ruhu və qarşılıqlı dəstək prinsiplərini təbliğ edir. Bu, gənclərə həm də öz ölkələrinə olan bağlılıqlarını gücləndirməkdə kömək edir. Dövlətimizin başçısı çıxışında bu məqama da toxunaraq xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amilinin çox böyük məna daşıdığını vurğulayıb: "İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır". İdman yarışları, gənclərin ölkələrinin uğurlarını dəstəkləməyə təşviq edir. İdmançıların qələbələri, milli qürur hissini artırır və gəncləri vətənpərvər davranışlara yönləndirir. Ümumilikdə, idman gənclərə yalnız fiziki yetkinlik deyil, həm də sosial və mədəni dəyərləri aşılayır, onları öz ölkələrinə bağlı və vətənpərvər insanlara çevirir.
Gələn il Azərbaycan növbəti böyük idman yarışına evsahibliyi edəcək. Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəri olan Gəncədə bu məqsədlə yeni müasir kompleks tikilir. Prezident İlham Əliyev bununla bağlı çıxışında bildirdi ki, üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Dövlət başçımızın sözlərinə görə, bu qədər iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi. Bu oyunlara da hazırlaşdığımızı diqqətə çatdıran Prezident cənab İlham Əliyev əmin olduğunu bildirdi ki, MDB Oyunlarının ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər.
Bəli, bu gün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə bərpa yenidənqurma işləri aparılır, idman zalları, idman meydançaları, olimpiya mərkəzləri və stadionlar tikilir.
Dövlət başçısının Azərbaycan idmanına göstərdiyi qayğının nəticəsidir ki bu gün idmançılarımız dünyanın hər bir nöqtəsində Azərbaycan bayraqını ucaldır, Azərbaycan Himnini səsləndirirlər.
Günel Həsənova, "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru / azxeber.com

Sosial       Tarix: 27 dekabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler azerbaycan valyuta mezennesi banklar en son xeberler xeber.az son xeberler