Azərbaycan reklamçıları müraciət yaydı

Azərbaycan reklamçıları müraciət yaydıAzərbaycan reklamçıları müraciət yaydı
Azərbaycan reklamçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. 
Müraciətdə deyilir:
Hörmətli cənab Prezident,
"İlk növbədə ölkə əhalisini, eləcə də, ölkəmizdə təşəkkül tapmış biznes mühitini düşünərək, atdığınız operativ addımlara və yüksək diqqətinizə görə reklam sahəsinin təmsilçiləri olaraq Sizə dərin minnətdarlığımızı bildiririk.
Hazırda dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Dünyanın nəhəng dövlətləri belə bu bəlanın qarşısında aciz qalıb. Ancaq Siz ilk gündən bu problemə qarşı yüksək uzaqgörənlik nümayiş etdirərək, tədbirlər görülməsini tapşırdınız. Nəticələrin ölkəmiz üçün uğurlu olacağına inanırıq.
Siz öz çıxışlarınızda dəfələrlə vurğulamısınız ki, ölkə əhalisinin sağlamlığı və rifahı ən vacib məsələlərdir. Ona görə də sahibkarlara şəffaf çalışmağı və işçi ixtisarına getməməyi tövsiyə etmisiniz. Bu ağır dönəmdə dövlətin sahibkarların yanında olması, onları dəstəkləməsi üçün verdiyiniz tapşırıqlar bizdə də yüksək məsuliyyət yaradır.
Bizim fəaliyyət göstərdiyimiz sahə iqtisadi proseslərə qarşı ən həssas sahələrdən biridir və olduqca geniş fəaliyyət istiqamətlərinə malikdir. Marketinq strategiyalarının yaradılması, dizayn xidmətləri, dijital xidmətlər, reklam konstruksiyalarının və müxtəlif çap məhsullarının istehsalı, PR xidmətləri, media xidmətləri, tədbirlərin təşkili üzrə xidmətlər və s. bizim sektorun əhatə dairəsindədir.
Bir tərəfdən sektordakı şirkətlərin böyük əksəriyyətinin kiçik və mikrosahibkarlıq subyektləri olması, digər tərəfdən də reklam biznesinin digər bizneslərdən asılı olması səbəbindən ölkənin iqtisadi həyatında ən cüzi dəyişikliklər belə ona təsir göstərir. Hazırkı şəraitdə sektorun üzləşdiriyi problemlər aşağıdakılarla əlaqədardır: 
1. Pandemiya ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimində bir çox xarici və yerli şirkətlərin fəaliyyət göstərməməsi və ya məhdud şəkildə fəaliyyət göstərməsi, əhalinin və nəqliyyatın hərəkətinin məhdudlaşdırılması, alış-veriş məkanlarının, qeyri-ərzaq mağazalarının bağlanması xidmət və alıcılıq qabiliyyətini aşağı salıb və reklam sektorundakı fəallığı hədsiz dərəcədə azaldıb. Reklam agentliklərinin çoxu, demək olar ki, fəaliyyət göstərmir. Çünki onların gəlirinin formalaşdığı tək bir mənbə var: reklamverənlərin verdiyi reklamlar. İndi artıq bu mənbə, demək olar ki, yoxdur. 
2. İqtisadi aktivliyin zəiflədiyi mövcud şəraitdə müştərilərinin bir qismi öz maliyyə öhdəliklərini yerinə yetirə bilmədiklərindən yaranan maliyyə kəsirləri sektordakı şirkətləri də zəiflədir.
3. Sahəyə aid olan və istehsalla məşğul olan şirkətlərin fəaliyyəti məhdudlaşdırılıb. Çünki onların fəaliyyət istiqamətinin adı Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən fəaliyyətinə icazə verilən sahələrin siyahısında əks olunmayıb.
4. Belə sınaq günlərində bizim qarşımızda duran əsas məsələ əməkdaşlarımızı işdə saxlaya bilmək, onların maaşlarını vaxtında ödəməkdir. Şirkətlər fəaliyyət göstərməsə və ya məhdud şəkildə fəaliyyət göstərsə də, dövlətimizin tutduğu xətti dəstəkləyərək, bu addımı atmaq əzmindədirlər. 
5. Reklam agentliklərinin xərclərində ən böyük çəki əməkhaqqı fondu ilə birlikdə həm də, DSMF-yə ödənişlərin və icarə ödənişlərinin payına düşür. Ofislər, demək olar ki, boş qalsa da, icarə haqları ödənilməlidir. 
Hazırda ölkə iqtisadiyyatının ən ağır vəziyyətdəki sektorlarından biri olan reklam sektorunu qorumaq, onun keyfiyyətli kadrlardan məhrum olmadan böhrandan çıxmasını təmin etmək postkoronavirus dövründə ölkə iqtisadiyyatının dinamik inkişafına böyük töhfələr verəcək.
Belə ki, şirkətlərimiz iqtisadi canlanmanın baş verəcəyi postkoronavirus dövründə həm keyfiyyətli reklam üçün ölkə xaricinə üz tutmağa məcbur qalmayacaq, həm də ölkəmizin reklam sektoru elə iqtisadi canlanmanın özünün lokomotivi roluna çıxış edə biləcək.
Buna görə də Sizdən reklam sektoruna dəstək olunması üçün aşağıdakıları xahiş edirik: 
1. Reklam sektorunun iqtisadiyyatın ən çox zərər görən sektorları siyahısına daxil edilməsini. Bununla da dövlətin qayğı göstərdiyi sektorlar siyahısına salınmasını;
2. Sektor məşğulluğun təmin olunmasına ciddi töhfə verdiyindən bu sektorun belə ağır bir dönəmdə maddi yükünü azaltmaq üçün reklam şirkətlərinin DSMF ödənişlərindən 01 mart 2020-ci il tarixindən ilin sonunadək azad olunmasını;
3. Reklam sektoru ilə əlaqəli istehsal sahələrinin fəaliyyətinə məhdud səviyyədə də olsa, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən fəaliyyətinə icazə verilən sahələr siyahısına daxil edilməsini;
4. Hazırkı və postkoronavirus dövründə bu sahənin dayanaqlığını təmin etmək vasitəsi kimi, bu sektorun ƏDV ödəyicisi olan şirkətlərinə ƏDV-dən və mənfəətdən vergisindən əlavə güzəştlərin verilməsini ("0" dərəcə ilə vergiyə cəlb edilmə və ya daha aşağı ƏDV faizinin müəyyən edilməsi, mənfəətdən vergisindən 50% güzəşt verilməsi);  
5. Sektordakı şirkətlərə dövlət tərəfindən imkan daxilində birdəfəlik maddi yardım dəstəyini, bu sahənin şirkətlərinin mövcud kredit borclarının ödənilməsinə fasilə verilməsini;
6. Sektordakı şirkətlərə girovsuz və aşağı faiz dərəcələri ilə güzəştli kredit xəttinin açılmasını;
7.Sektora qayğı baxımından atılması mümkün hesab olunan digər addımların atılmasını xahiş edirik. 
Sektoru təmsil edən şirkətlər olaraq biz də öz intellektual və əmək resurslarımızla dövlətimizin pandemiyaya qarşı apardığı mübarizədə ona dəstək olacağımızı, bu istiqamətdə Nazirlər Kabineti yanında operativ qərargahla sıx əməkdaşlıq şəraitində çalışmağa hazır olduğumuzu bəyan edirik!
Diqqətiniz və qayğınız üçün öncədən təşəkkür edirik!
Dərin ehtiramla, 
Marketinq Peşəkarları İctimai Birliyi
İH sədri Bayramov N.L.
həmçinin,
PeopleBrand marketinq agentliyi
Direktor Quluzadə E.F
həmçinin,
YelloAD marketinq agentliyi
Direktor Nəcəfov A.R
həmçinin,
Endorphin reklam agentliyi
Direktor Kərimov O.Y
həmçinin,
Admedia reklam agentliyi
Direktor Məmmdov S.Ə
həmçinin,
AA&M reklam agentliyi
Direktor Şahməmmədli M.Ş
həmçinin,
Laboratoriya PR agentliyi
Direktor Yaqubova A.Y
həmçinin,
TradeMark LeoBurnett reklam agentliyi
Direktor Fətullayev A.D
həmçinin,
Morpho marketiq agentliyi
Direktor Balakişiyev F.M
həmçinin,
Digitello reklam agentliyi
Direktor Mustafayev A.O
həmçinin,
Artmood kreativ agentliyi
Direktor Mütəllimova Ü.
həmçinin,
Meteor reklam agentliyi
Direktor Həsənov R.E
həmçinin,
Paradox dizayn studiyası
Baş Direktor Ramazanov Ş.S
həmçinin,
İmpler reklam agentliyi
Direktor Mirzə İ.K
həmçinin,
Gravity Inc. reklam agentliyi
Direktor Əlizadə T. S
həmçinin,
Promoline Advertising
Direktor Səfərov F.
həmçinin,
DePromo Advertising
Direktor Mahmudov A.
həmçinin,
Vitam reklam şirkəti
Direktor Əliyev T.
həmçinin,
Minicards Azerbaijan
Direktor Qasımov A.
həmçinin,
Greenlight Group
Direktor Yasinov E.E
həmçinin,
Smart Group
Direktor Hüseynova S.
həmçinin,
Mediamark Agentliyi
Direktor Rzayev O.
həmçinin,
New Media
Direktor Davudov R.
həmçinin,
Shamans
Direktor Yusifov O.
həmçinin,
Uptime marketinq agentliyi
Direktor Vəliyev C.
həmçinin,
Keepface 
Direktor Abbasov V.
həmçinin,
Fil Agnecy
Direktor Cəbrayılova A.N
həmçinin,
Mc Cann Baku
Direktor Yusifov G.
həmçinin,
Universal Mc Cann Azərbaycan
Direktor Sultanova İ.
həmçinin,
BrandUP
Direktor İsmayılovT.
həmçinin,
Havas Media Azerbaycan
Direktor İsmayılov Z.
həmçinin,
Propaganda
Direktor Aşirov E.H
həmçinin,
Ronin Agency
Direktor Səlimbəyov A.
həmçinin,
Marcom Marketinq və Kommunikasiyalar Şirkəti
Direktor Kərimov T.A". /oxu.az

Siyasi       Tarix: 07 aprel 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın


azerbaycan xeberleri yeni xeberler son xeberler bugun xeberler xabar az son xeber az kriminal bugun