"Azərbaycan Rusiya ilə bağlı qəti mövqe ortalığa qoymalıdır" - Sülhəddin Əkbərlə müsahibə

Son günlər Rusiyada vəziyyətin gərginləşməsi pik həddə çatıb. Şimal qonşumuzda baş verən hadisələrin Azərbaycana necə təsir göstərəcəyi isə diqqətçəkən əsas məqamlardandır. Çünki bu ölkənin Azərbaycanla bilavasitə iqtisadi və siyasi baxımdan əlaqələri mövcuddur və vəziyyətin gərginləşməsi Azərbaycana da təsirsiz ötüşməyə bilər. Xüsusən Rusiyada Ukrayna ilə müharibədəki uğursuzluğa görə qismən səfərbərliyin elan edilməsi bu ölkədə yaşayan həmvətənlərimizin də taleyini sual altında qoyub.
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər mövzu ətrafında KONKRET.az-ın suallarını cavablandırıb.
–Sülhəddin bəy, Rusiyada baş verən gərginlik iqtisadi-siyasi baxımdan Azərbaycana necə təsir göstərə bilər?
-Yeni dünya nizamı quruculuğunda geosiyasi qarşıdurma həm qlobal, həm də regional səviyyədə həlledici mərhələyə daxil olub. Bunun da əlamətlərini həm Ukrayna, həm Suriya, həm Türkiyə-Yunanıstan münasibətlərində, həm Şərqi Aralıq dənizində, həm İraq, həm İranda, o cümlədən Rusiyada açıq şəkildə görürük. Bu baxımdan, cərəyan edən hadisələr gözlənilən idi. Nə qədər arzuolunmaz olsa da, bizim üçün artan risklər yaratsa da, gərginlik çoxalacaq və daha da kəskinləşəcək. Çünki proseslər həlledici mərhələyə daxil olub və artıq yekun qərarlar verilib. İndiki halda tərəflərdən hər hansının öz mövqeyini dəyişəcəyini gözləmək sadəlövhlük olardı. Xüsusən də bu, ABŞ başda olmaqla, kollektiv Qərbə aiddir. Ona görə də biz bütün risklərə hazır olmalıyıq.
Konkret olaraq, Rusiyanın işğal edilən ərazilərdə keçirdiyi "referendum"ların bu yaxınlarda Dövlət Dumasının müvafiq qərarı ilə qəbul edilməsi Rusiya prezidentinin də analoji addım atması ilə yekunlaşa bilər. Artıq Amerikanın Rusiyadakı səfirliyi öz vətəndaşlarını təcili olaraq bu ölkəni tərk etməyə və ümumiyyətlə, ora getməməyə çağırıb. Bu da onu göstərir ki, yaxın günlərdə həm Qərblə Rusiya arasında, həm də Rusiya daxilində vəziyyət daha da gərginləşəcək. Və bu, şübhəsiz ki, həm Rusiya-Azərbaycan münasibətlərinə, həm də bütün regiona öz təsirlərini göstərəcək.
İqtisadi baxımdan gözlənilir ki, Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək. Üstəlik, sanksiyaların rejimi daha da sərtləşdiriləcək. Bu da təbii ki, ilk növbədə Rusiya ilə yaxın iqtisadi münasibətlərdə olan ölkələrə ciddi təsir edəcək. Ona görə də biz buna hazır olmalıyıq. Yəni xarici ticarət dövriyyəmizin Rusiya ilə bağlı olan seqmentinin strukturuna baxmalı və istər ölkədaxili, istərsə də xarici resurslar hesabına onun idxal əvəzetməsini düşünməliyik.
Bununla yanaşı, Rusiyada yaşayan Azərbaycan vətəndaşları ilə bağlı məsələlər də ortaya çıxacaq. Bu, həm mobilizasiya, həm sanksiyaların tətbiqi, həm də sərhədlərin bağlanması ilə bağlıdır. Bu da istər-istəməz Azərbaycana müəyyən sosial-iqtisadi təsirlər göstərəcək. Siyasi təsirlərə gəldikdə isə, münasibətlər kəskinləşdikcə, Rusiya ilə münasibətlərdə olan dövlətlərdən də siyasi mövqelərini dəqiqləşdirmələri tələb olunacaq və artıq buna start verilib.
BMT Təhlükəsizlik Şurasında Rusiyaya veto qoyulması yenidən gündəmə çıxarılır və gözlənilir ki, burada məsələ BMT Baş Məclisinə gedəcək. Orada ABŞ bütün dövlətlərlə iş aparır ki, Rusiyanın əleyhinə olan qərara səs versinlər. Təbii ki, bu istək Azərbaycana da ünvanlanacaq. Azərbaycan bu məsələdə çox ehtiyatlı olmalıdır. Çünki öz möqveyini bildirməli olacaq. Azərbaycanın ən yaxın müttəfiqi olan qardaş Türkiyə də artıq öz mövqeyini bildirib. Türkiyə NATO üzvüdür və təşkilat çərçivəsində qəbul olunan bütün qərarlara səs verir.
Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə son telefon danışığı zamanı Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və referendumun nəticələrini tanımayacaqlarını bir daha bəyan edib. Prinsip etibarı ilə Azərbaycan da bu mövqedən çıxış edir. Yəni Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bir sözlə, Fransa və Amerika Birləşmiş Ştatlarının Ermənistanla yaxınlaşdığı və münaqişənin həlledici mərhələyə qədəm qoyduğu bir vaxtda biz səhv edə bilmərik. Çünki bu, taleyüklü səhv olar və bizim əldə etdiyimiz ciddi nəticələr təhlükə altına düşə bilər. Biz isə buna yol verə bilmərik.
–Narahatlıq doğuran əsas məqam daha çox Rusiyadakı mövcud vəziyyətlə bağlıdır. Belə olan halda Rusiyada yaşayan azərbaycanlıların taleyi necə olacaq?
-Rusiya vətəndaşlığı alan azərbaycanlılardan söhbət gedirsə, kimlər ki, Rusiyanı vaxtında tərk edib, təbii ki, bu təhlükə onlara toxunmayacaq. Amma kimlər ki, ölkəni tərk edə bilməyib, onları müharibəyə cəlb edə bilərlər. Çünki bizim qanunvericiliyə əsasən, Azərbaycanda ikili vətəndaşlıq yoxdur. Onlar ya keçmiş Azərbaycan vətəndaşı, ya da azərbaycanəsilli rusiyalıdırlar. Yəni onlar Rusiya vətəndaşlığını qəbul ediblərsə, deməli, Azərbaycan vətəndaşlığından çıxıblar və ya çıxmalıdırlar.
–Bəs həmvətənlərimizin təhlükəsizliyi üçün hansı zəruri addımlar atılmalıdır?
-Azərbaycan hökuməti, yəni dövlət başçısnın tapşırığı ilə Xarici İşlər Nazirliyi təkliflər paketi hazırlamalı və Rusiyadakı səfirliyimizə göndərməlidir. Həmin təkliflər paketi əsasında səfirliyin təlimatı hazırlanmalıdır ki, həm siyasi, həm hüquqi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində addımlar atılsın. Ən başlıcası isə Azərbaycan Rusiya ilə münasibətlərinin normal olmasından istifadə edərək iğtişaşlar başlamamış və Rusiyanın özünə birbaşa zərbə təhlükəsi yaranmamış həmvətənlərimizin bu ölkəni tərk etməsinə şərait yaratmalı və öz vətəndaşlarının təhlükəsiz şəraitdə ölkəyə gəlməsinə dəstək verməlidir.
–Rusiya bu müharibəyə daha çox qeyri‐rusları cəlb edir. Hüquqi baxımdan bu, nə dərəcədə düzgündür?
-Təbii ki, bu ayrı-seçkilik siyasəti imperiya siyasətidir və Rusiyanın məqsədi də imperiyanı bərpa etməkdir. Rusiyada bu addımla həm rusları qorumağa çalışırlar, həm də maarifçiliyin və burjuaziyanın orta sinfinin faizinin yüksək olduğu böyük şəhərlərdə etiraz dalğasının başlanmasından çəkinirlər. Yaxud da hansı etnik bölgədə etiraz varsa, ora da ehtiyatla yanaşırlar. Amma digər bölgələr səssiz qalacaqsa, heç bir etiraz etməyəcəksə, hansı hüquqdan danışmaq olar? Ümumiyyətlə, Rusiya beynəlxalq hüququ, öz imzaladığı beynəlxalq konvensiyaları, sazişləri heçə sayırsa, öz ölkəsində hansı hüquqa məhəl qoya bilər? BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya dünyanın gözü qarşısında özünün imzaladığı Budapeşt memorandumunu, BMT nizamnaməsini, o cümlədən, Ukrayna ilə imzaladığı bütün müqavilələri pozur, ilhaq və işğal siyasəti ilə məşğul olur. Təbii ki, buna görə də Rusiya ilə hüquqdan danışmaq qeyri-mümkündür.
Mərahim Nəsib,
KONKRET.az

Siyasi       Tarix: 29 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbərlər son xeberler bugun 2026 azerbaycan son xeberler az beynelxalq bank mezenne