Rusiyanın Avropanı təhdid etməsi Vaşinqtonun da maraqlarına uyğundur' - Politoloq

Rusiyanın Avropanı təhdid etməsi Vaşinqtonun da maraqlarına uyğundur' - PolitoloqÖtən gün Rusiya xarici naziri Sergey Lavrov "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində Rusiyanın müharibə axtarmadığını və müharibə istəmədiyini bildirib. O qeyd edib ki, əgər Avropadakı qonşu ölkələr səhvlərini etiraf etmək və birgəyaşayış prinsipini qəbul etmək əvəzinə Rusiyaya qarşı müharibəyə hazırlaşsalar, bu halda vəziyyət tamamilə fərqli məcrada inkişaf edə bilər və fərqli vasitələrdən istifadə oluna bilər. Nazir əlavə edib ki, Vladimir Putin bu məsələ ilə bağlı dəfələrlə mövqeyini açıqlayıb və Rusiyanın Ukraynada "xüsusi hərbi əməliyyat" keçirdiyini vurğulayıb.
Siyasi şərhçi Asif Nərimanlı azxeber.com-a açıqlamasınd deyib ki, bu təhdid Avropanın Ukraynaya dəstəyinin qarşısını almaq məqsədi daşıyır:
Rusiyanın Avropanı təhdid etməsi Vaşinqtonun da maraqlarına uyğundur' - Politoloq"Rusiya Avropaya mesaj verir ki, əgər Ukraynaya rəsmi dəstəyi davam etdirsə müharibənin daha da genişlənməsinə və Avropanın öz təhlükəsizliyinin təhdid altına düşməsinə səbəb ola bilər.
Avropa Ukraynanın Rusiyaya qarşı müqavimət göstərməsində əsas dəstəkçilərdən biri olub. Xüsusilə Donald Tramp administrasiyasının başlatdığı sülh və danışıqlar prosesində də Ukraynanın öz şərtlərini irəli sürməsinin əsas təminatçılarından biri Avropa ölkələridir. Hazırkı vəziyyətdə Avropanın Ukraynaya dəstəyi olmasa, rəsmi Kiyev Amerikanın təşəbbüsü ilə aparılan danışıqlar masasında Rusiyanın tələblərini qəbul etmək məcburiyyətində qalar. Buna görə də Rusiya Avropanın Ukraynaya verdiyi dəstəyi zəiflətməyə və ya tam dayandırmağa çalışır. Bunun əsas yolu isə Avropanı açıq şəkildə təhdid etmək və psixoloji təzyiq göstərməkdir".
Ekspert deyib ki, bu prosesdə ABŞ administrasiyasının mövqeyi də mühüm əhəmiyyət daşıyır:
"Donald Tramp müharibəni daha qısa müddətdə həll etmək və siyasi uğur əldə etmək istəyir. O, Rusiyanın maraqlarının müəyyən dərəcədə nəzərə alınmasının vacib olduğunu düşünür. ABŞ-nin yeni geosiyasi strategiyasında Rusiya ilə münasibətlərin yaxşılaşması prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir. Qərb blokunda ABŞ və Avropa arasında mövcud olan ənənəvi birlik dağılmaq üzrədir. Rusiyanın Avropanı təhdid etməsi Vaşinqtonun da maraqlarına uyğundur".
A.Nərimanlı bildirib ki, qarşıdakı dövrdə Rusiya Avropanın hava məkanını yenidən poza bilər:
"Qarşıdakı dövrdə Rusiya Avropanın hava məkanını yenidən poza bilər. Hava məkanının pozulmasının qəbul edilməsi NATO-nun 5-ci maddəsinin aktivləşməsi deməkdir. Avropa ölkələri Rusiyayla birbaşa hərbi qarşıdurmadan çəkinirlər. Onlar ABŞ-nin belə müharibədə tam şəkildə iştirak etməyəcəyini bilirlər. Buna görə də Avropa bir tərəfdən Ukraynaya hərbi və siyasi dəstəyini davam etdirir, digər tərəfdən isə Rusiyayla birbaşa toqquşmadan yayınmağa çalışır".
Şahanə Ziyad

Siyasi       Tarix: 24 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son durum sou xeberler son xeberler az cebheden xeberler