Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: "Bütün dünya birləşsə də, təslim olmayacağıq"
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin xarici təzyiqlər qarşısındakı mövqeyi ilə bağlı dünya paytaxtlarında əks-səda doğuracaq kəskin bəyanat verib.
KONKRET.az xəbər verir ki, dövlət başçısı İranın heç bir şərt altında dünya güclərinin iradəsinə boyun əyməyəcəyini vurğulayıb.
Prezident Pezeşkian İran hökumətinin bu məsələdə vahid və sarsılmaz mövqedən çıxış etdiyini bildirib: "Biz hökumət daxilində qəti razılığa gəlmişik – hətta bütün dünya gücləri qeyri-ədalətli şəkildə bizə qarşı çıxsa və bizi diz çökməyə məcbur etməyə çalışsa belə, biz təslim olmayacağıq".
Pezeşkianın bu çıxışı İranın nüvə proqramı və regional siyasəti ilə bağlı Qərb dövlətləri, xüsusilə ABŞ ilə gərginliyin artdığı bir dövrə təsadüf edir. İran lideri ölkəsinin milli maraqlarını qorumaq üçün istənilən qlobal təzyiqə müqavimət göstərməyə hazır olduqlarını nümayiş etdirib.
Analitiklər hesab edir ki, Pezeşkianın bu "sarsılmazlıq" mesajı həm daxili auditoriyaya rejimin gücünü göstərmək, həm də beynəlxalq danışıqlarda İranın güzəştsiz mövqeyini bəyan etmək məqsədi daşıyır.Musavat.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq