Hərbi xidmətə gedənlər üçün vacib - AÇIQLAMA

Hərbi xidmətə gedənlər üçün vacib - AÇIQLAMAXəbər verdiyimiz kimi, Azərbaycanda bir sıra hərbçilərin həqiqi hərbi xidmət dövrünün başlanğıcı sayılacaq günlərlə bağlı dəyişiklik edilir.
Bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklik təklif edilir. Qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub. Qeyd edilib ki, çağırışçılar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq.
Milli Məclisin deputatı Müşfiq Cəfərov azxeber.com-a açıqlamasında deyib ki, bu qərar hərbi xidmətin hesablanması qaydalarındakı dəqiqləşdirmələrdən irəli gəlir:
"Hazırda qüvvədə olan qanuna əsasən, bu, hərbi hissəyə göndərilmək üçün onların hərbi komissarlığa gəldikləri gündən sayılırdı. Hərbi xidmətin başlanğıc gününün dəyişməsi əsasən hərbi xidmətin hesablanması qaydalarındakı dəqiqləşdirmələrdən irəli gəlir.
Yeni qanun layihəsinə görə artıq çağırışçının hərbi xidmət müddəti hərbi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş toplanış məntəqəsinə gəldiyi gündən başlayacaq. Bu, isə hərbi hissəyə çatana qədər keçən bir neçə günlük yol və ya gözləmə müddətinin də xidmətə daxil edilməsi deməkdir".
Deputat deyib ki, yeni qərar hərbi xidmət müddətinin daha ədalətli hesablanmasını təmin edəcək:
 "Bu qanun lahiyəsində edilən dəyişikliklər hərbi xidmət müddətinin daha dəqiq və ədalətli hesablanmasını təmin etmək məqsədi daşıyır. Hərbi xidmətin başlanğıc gününün dəyişməsi çağırışçıların lehinədir". 
Şahanə Ziyad

Sosial       Tarix: 24 fevral 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Hərbçimiz həlak oldu - FOTO

Azərbaycan Ordusunun hərbçisi həlak olub. Unikal-a istinadən xəbər verir ki, hərbçimiz 2002-ci il təvəllüdlü Ələkbər Quliyev təlimdə həyatını itirib. Ə.Quliyev Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatlarınd

Beyləqanda "pambıqla baş kəsən" kimlərdir? – "Ağ qızıl" üzərində qara əməliyyatlar

Azərbaycan pambıqçılığı uzun illərdir qeyri-neft sektorunun əsas inkişaf istiqamətlərindən biri kimi təqdim olunur. Dövlət bu sahəyə hər il milyonlarla manat subsidiya ayırır, fermerlərə dəstək proqramları həyata keçirilir

Yeni 100 manatlıqdan sonra köhnə əskinasların taleyi necə olacaq? - Aydınlıq gətirildi

Azərbaycan Mərkəzi Bankının yenilənmiş dizayna və müasir mühafizə elementlərinə malik 100 manatlıq əskinası tədavülə buraxması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Yeni əskinasın dövriyyəyə daxil olması fonunda vətəndaşlar

Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək

Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı "Ümumi təhsil haqqında" qanuna edilə

Bu kolleclərə tələbə getmir - Boş qalan plan yerlərinin siyahısı

Orta ixtisas təhsili müəssisələri üzrə ən çox boş plan yeri qalan kolleclərin siyahısı açıqlanıb. -a istinadən xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarını

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bir sıra ərazilərində təbii qazın verilişində fasilə yaranacaq. xəbər verir ki bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlı

Azərbaycanda boşanma statistikası: Ən çox bu yaşda boşanırlar

Son illər Azərbaycanda ailə institutunda müşahidə olunan dəyişikliklər boşanma statistikasında da öz əksini tapır. . Rəsmi məlumatlara görə, 2026-cı ilin ilk beş ayında ölkədə 15 min 107 nikah, 8 min 87 boşanma qeydə alınıb

İyulun 16-na rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 16-na olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, AMB-nin məlumatına əsasən, ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb

46 yaşlı qadın qızdırmadan öldü

Ağdaşda 46 yaşlı qadın vəfat edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva Ağdaş rayon Mərkəzi Xəstəxanasında vəfat edib


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər cəbhədən son görüntülər kriminal xeberler novruz bayramı