Azərbaycan-Rusiya münasibətləri dostluq və qarşılıqlı faydalı əməkdaşlıq

Azərbaycan-Rusiya münasibətləri dostluq və qarşılıqlı faydalı əməkdaşlıqAprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
Bu görüş Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyinə təsadüf etdiyindən Vladimir Putin Ulu Öndər Heydər Əliyevin vaxtilə "Ümumittifaq tikintisi" adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak etdiyini və onun reallaşdırılmasına öz töhfəsini verdiyini qeyd edib. Ulu Öndər sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daimi donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi. O da faktdır ki, BAM-ın tikintisində Azərbaycanın minlərlə vətəndaşı iştirak edib. Onların çoxu sonradan Rusiyada məskunlaşıb.
Artıq bir neçə ildir ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşma ən yüksək səviyyədədir. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, zaman qarşılıqlı münasibətlərdəki anlaşılmazlıqları, umu-küsüləri retuşlayır. Rusiya da, Azərbaycanda gələcəyə nikbin nəzərlərlə baxır.
2022-ci ilin fevralında Kremldə imzalanmış strateji müttəfiqlik haqqında saziş bu gün də lazmi effektivliklə işləyir və tərəflər onun hər bir müddəasına riayət edirlər.
Azərbaycan və Rusiya prezidentlərinin bu görüşü iki dövlət arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu göstərir. Dövlətimizin başçısı İlham Əliyevin qonşu ölkəyə səfəri bütün aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu, eyni zamanda, Azərbaycan ilə Rusiya arasında iqtisadi-siyasi əməkdaşlığın bundan sonrakı inkişafına verəcəyi töhfəni şərtləndirir. 
Hazırda iki ölkə arasında iqtisadi-siyasi və mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər həm də göstərdi ki, Azərbaycan və Rusiya dövlətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafında maraqlıdırlar.
Cari il yanvarın 22-də imzalanan "2024-2026-cı illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi" Azərbaycan-Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfə verir, ticari-iqtisadi və investisiya qoyuluşunu sürətləndirir, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində birgə layihələrin gerçəkləşdirilməsinə əlverişli zəmin yaradır. 
Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir. Ulu Öndər Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib.
Rusiya rəhbərliyi tam 32 ildən sonra Qarabağ münaqişəsi xüsusunda bitərəf mövqe tutmasaydı, tarixin zəfərimizin qazanılması ya baş tutmazdı, ya da qat-qat çətin olardı. Çünki Rusiyada, demək olar ki, əksər sferalarda (siyasət, iqtisadiyyat, mədəniyyət və s.) ermənilərin ciddi dəstəkçiləri vardı və onlar Kremlə təzyiq göstərirdilər ki, həmişəki kimi Ermənistanı müdafiə etsin. Ancaq V.Putin özlərini ərköyün uşaq kimi aparan erməni liderlərin fitnəsinə uyaraq rus əsgərlərini erməni döyüşçülərin əvəzinə səngərə soxmadı.
Rusiyanın neytrallığı kifayət etdi ki, biz halal haqqımızı əldə edək.
İndi əsas məsələ hər iki ölkə üçün ağır və ağrılı keçən dönəmi arxada qoymaqdır. Rusiyanın qanlı-qadalı müharibəni bitirməsindən və Azərbaycanın Ermənistanla yekun sülh sazişi imzalamasından sonra iki dövlət arasında hərtərfli münasibətlər yeni bir mərhələyə adlayacaq.
Hazırda isə Rusiyanın az qala 200 ildən sonra anladığı və əmin olduğu bir gerçəklik var: Azərbaycan dar günlərdə güvəniləsi dostdur; o, xəyanətə yuvarlanmaz, arxadan bıçaq saplamaz, nankorluq etməz. Demək, həlledici anlarda qırdı-qaçdıqlıq edənlərlə yox, Azərbaycan kimi etibarlı tərəfdaşlarla yaxın olmaq lazımdır.
Naftalan şəhər sakini Tamara Həsənova / azxeber.com

Siyasi       Tarix: 23 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər en son xeberler bu gun hava durumu son xeberler azerbaycan