"Azərbaycan Rusiya və Ukraynaya bel bağlaya bilməz" - ÖZƏL AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri zamanı bu ölkədən qidalıq taxıl istehsalı üçün 50.000 hektar civarında torpaq sahəsinin icarəyə götürülməsi razılaşdırılıb. Qida təhlükəsizliyi ilə bağlı atılan bu mühüm addım nəticəsində Azərbaycan qidalıq buğda ilə özü-özünü əhəmiyyətli dərəcədə təmin etməyi hədəfləyir.
Lakin bu razılıqdan bir qədər sonra Ukrayna Rusiyanın işğalına məruz qaldı. Maraqlıdır, bu məsələ necə tənzimlənəcək? Qanun bu məsələyə nə deyir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, müharibə şəraitində bir sıra məsələlərin gələcəkdə necə həll olunacağı müzakirə mövzusu deyil:
"Müharibə dövründə ikinci dərəcəli məsələlər müzakirə edilsə belə, heç bir nəticə verməyəcək. İndiki dövrdə əsas məsələ müharibənin tezliklə başa çatmasıdır. Müharibə bitdikdən sonra bərpa məsələləri də müəyyən vaxt aparır. İndiki halda sözügedən müqavilə ilə bağlı dəqiq fikir irəli sürmək, proqnoz vermək mümkün deyil. Yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfər edib. Orada bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığa dair sənədlər imzalanıb. Onlardan biri də ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə imzalanıb. Azərbaycan ərzaq təhülkəsizliyinin 40 faizini idxal hesabına təmin edir. Bizim ərzaq aldığımız ölkələr sırasında ilk yeri Rusiya tutur. Növbəti ölkələr isə Ukrayna və Qazaxıstandır. Ümumi götürdükdə isə Ukrayna dünya üzrə ən çox ərzaq və taxıl ixrac edən ölkələr arasındadır. İndi Ukraynada nəinki Azərbaycanla bağlı məsələ, özünün vəziyyətinin necə olacağı belə sual altındadır. Çünki Ukraynanın bütün şəhərləri atəş altındadır və dağıdılıb. Müharibə bitdikdən sonra o ərazilər bərpa olunmalıdır. Bütün iqtisadi sistemi qırılıb, əlaqələləri dağıdılıb. Ukrayna hansı ölkələrlə müqavilə və saziş imzalayıbsa, onların taleyi barədə yenidən müvafiq qərar veriləcək. Azərbaycan hökumətinin qarşısında duran əsas məsələ bu itkiləri necə kompensasiya edəcəyini düşünmək və alternativ bazarlar tapmaqdır. Ukryana və Rusiyaya belə bağlaya bilmərik. Hökumət hazırda Rusiya və Ukraynadan idxal etdiyimiz ərzaq və buğdanın hansı ölkələr hesabına kompensasiya ediləcəyini tapmalıdır".
Vəkillər Kollegiyasının üzvü Turqay Hüseynov bildirdi ki, hüquqi baxımdan ortada bir müqvailə var və həmin müqavilə icra edilməlidir:
"Lakin müharibə baş verən ölkələr müqavilələrin icrasını dayandırır. Bu mənada həmin ərazilərdə müharibə təhülkəsi varsa, həmin müqavilə ilə təyin olunan öhdəliklərin icrası da dayandırılacaq. Yəni müqavilə üzrə öhdəliklər sanki dondurulur. Azərbaycan da bu halda icarə haqqı ödəmir. Çünki tərəfələr öz iradəsindən asılı olmayaraq, öhdəliklərini yerinə yetirə bilmir. Yəqin ki, müharibə bitdikdən sonra müqavilənin icrasına başlanılacaq".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 17 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber idman xeberleri sou biznes xeberler bugun