Azərbaycan Rusiyadan turist axınına hazırlaşır

Azərbaycan Rusiyadan turist axınına hazırlaşırAzərbaycan Rusiyadan turist axınına hazırlaşır
Dünyanın əksər dövlətlərinin Rusiyaya qarşı tutduğu mövqe, tətbiq olunan sanksiyalar Rusiya vətəndaşlarının istirahətinə də mane olacaq. Belə ki, bu il rusiyalıların adətən yay aylarında üz tutduğu turistik məkanlara getmə şansları çox aşağı dərəcədədir. Avropanın Rusiyanın üzünə qapanmış hava məkanı, viza məhdudiyyəti, eyni zamanda Rusiya hökumətinin vətəndaşlara sanksiya tətbiq edən ölkələrə getməmə çağırışı bunu deməyə əsas verir.
Yaranmış vəziyyət həmçinin rusiyalı turistlərin istirahət üçün Azərbaycana üz tutacağını fikirləşməyə də əsas verir.
"Report"a mövzu ilə bağlı açıqlama verən turizm şirkətlərindən birinin rəhbəri Əziz Şiriyev də yay aylarında Avropaya gedə bilməyəcək turistlərin Azərbaycana böyük axınının gözləndiyini deyir:
"Müəyyən işlər görüb turistləri ölkəmizə cəlb etmək lazımdır. May ayında Rusiyada bayram tətili olur. Həmin vaxt üçün işlər görülməlidir.
Çalışmaq lazımdır ki, məhz bu il fürsətdən yararlana bilək. Çünki Rusiyadakı daxili sosial-iqtisadi vəziyyət onlara gələn il istirahətə pul xərcləməyə imkan verməyəcək. Baş verəcək iqtisadi böhran buna mane olacaq. Biz Rusiya ilə həmsərhəd ölkə olduğumuz üçün həm quru, həm də hava yolu ilə əlaqələri saxlaya bilirik. Yəni uçuşlar üçün hansısa dövlətin üzərindən keçməyə ehtiyacımız yoxdur. Ucuz biletlərlə Rusiyanın müxtəlif şəhərlərindən uçuşlar təşkil edə bilərik. Bu istiqamətdə artıq işlər görülür, hazırlanan paketlər tezliklə Rusiya şirkətlərinə təklif olunacaq. May ayından etibarən Bakıda çox sayda rusiyalı turist görəcəyimizi ehtimal edirəm".
Ə.Şiriyev bildirib ki, hazırda bu işlə Azərbaycanın bütün turizm şirkətləri məşğul olur. Artıq dünən sözügedən məsələlərin müzakirə olunduğu bir tədbir təşkil olunub.
Azərbaycan Rusiyadan turist axınına hazırlaşır"Hazırlayacağımız təkliflər paketləri müxtəlif təbəqələrin maddi durumuna uyğun olmalıdır. Turistlər üçün istirahət zonası olaraq əsasən Bakı, Bakı ətrafı rayonlar, Quba, Qəbələ nəzərdə tutulub", - deyə şirkət rəhbəri əlavə edib.
Başqa bir turizm şirkətinin mütəxəssisi İnara Zamanova deyir ki, hazrda situasiyaya uyğun olaraq Rusiya bazarı üçün "guaranteed" turlar hazırlanıb. Həmin turlara hər həftənin cümə günləri qruplar yığılır:
"Turlar 2-7 günlük ola bilir. Turların daxilində nəinki Bakı, regionlar üzrə belə proqram hazırlanıb. Bunun üçün promouşunlar keçirilir və e-mail üzərindən göndərilir.
Əlavə olaraq, fərdi turistlər üçün təkliflər var, onların istəklərinə və büdcələrinə uyğun olaraq özəl proqramlar 3, 4 və 5 ulduzlu hotellərin bazasında hesablanır".
İ.Zamanova vurğulayıb ki, yaxın müddətdə biznes üçün bir neçə sərgilər keçiriləcək.
"Orada iştirak edəcək rus şirkətlərinin sayı çoxdur, onlar üçün ayrıca paketlər mövcuddur. Mart ayının 15-17-də isə Moskvada turizm sərgisi təşkil olunacaq. Orada Azərbaycan şirkətlərinin də iştirakı planlaşdırılır. Əməkdaşlıq üçün şirkətlərlə görüşlər keçiriləcək və Azərbaycana qonaqları dəvət edəcəyik".
Azərbaycan Rusiyadan turist axınına hazırlaşırMütəxəssis nəzərdə tutulan qiymətləri də açıqlayıb:
"Hazırda bir nəfər üçün 3 gün 2 gecəlik paket 138 ABŞ dolları təşkil edir.
Paketə bunlar daxildir: hotel, transfer, səhər yeməyi, gəzinti, maşın, ekskursiyada gid ve baş aşpazdan master-klass, orada olan yemək".
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi "Report"a bildirib ki, regionda baş verənlər bizi təəssüfləndirsə də, etiraf etmək lazımdır ki, Rusiyalı turistlərin dincələ biləcəyi ölkələrin sayı məhdud olduğu üçün onların Azərbaycana axını gözlənilr:
"İlkin hesablamalara görə, üzümüzə gələn yay mövsümündə Azərbaycan Rusiyadan əlavə olaraq 300-400 min turist qəbul edəcək. Bu rəqəmin daha çox olması da gözləniləndir. Hazırda bununla bağlı turizm şirkətlərinin üzərinə xeyli işlər düşür.
Çox istərdim ki, siyasi proseslər turizmə təsir göstərməsin. Amma əfsuslar olsun ki, bu mümkün deyil. Turizm elə bir iqtisadi sahədir ki, ona bir çox kənar amillər təsir göstərir. Bu təsir mənfi də ola bilər, müsbət də. Bizim üzərimizə düşən isə həmin təsirləri bacardığımız qədər yumşaltmaq və səmərəli nəticə əldə etməkdir".

Turizm       Tarix: 02 mart 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahə

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO. "Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşları

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberleri xəbərlər.com dunya xeberleri hava