Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır

Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdırAzərbaycan Prezidentinin yüksək səviyyədə uğurlu siyasəti və eyni zamanda Ermənistan üzərində tarixi Qələbəmizdən sonra Respublikamızın dünya miqyasında  nüfuzu getdikcə artır. Bunun nəticəsidir ki, son illər Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin də sayı artmaqdadır. Respublikamızın nüfuzunun artmasının göstəricisindən biri də bu günlərdə İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfər etməsidir.
Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər 30 mart 1992-ci il tarixdən qurulmuşdur. Həmin il İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır. 2016-cı ilin oktyabr ayında  isə Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlayıb. Bu vaxta qədər Azərbaycan və İraq respublikaları arasında müxtəlif sahələrdə 5 sənəd imzalanıb. 
Onu da qeyd edim ki, hələ 02 yanvar 1992-ci il tarixdən İraq Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.  
Noyabr ayının 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Respublikamıza rəsmi səfər edib.
Bu diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu səfəri tarixi səfər adlandırmaq olar. Bu səfər olduqca önəmli səfərdir və inanırıq ki, səfər ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərini daha da gücləndirəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Biz təkbətək görüşümüz zamanı və nümayəndə heyətləri ilə görüşdə ikitərəfli gündəliyimizin bir çox məsələlərini müzakirə etdik. Faktiki olaraq gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirdik. Biz sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda  hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT- də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik".
Cənab İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidin qonşu Ermənistan respublikasına da səfərə gedəcəyini nəzərə alaraq  iki ölkə arasındakı hazırkı vəziyyətlə bağlı onu məlumatlandırıb. Qeyd edib ki, 1990-cı illərin əvvəllərindən Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi.
Azərbaycan Prezidenti İraq Prezidenti ilə görüşdə bir sıra vacib məqamlara da toxunub. Eyni zamanda, bütün bunlara baxmayaraq Azərbaycanın sülh tərəfdarı olduğunu da vurğulayıb.
Bəli, Azərbaycan xalqı sülhsevər xalqdır. Lakin münaqişənin sülh yolu ilə nizamlanmasını istədiyimiz halda 30 illik işğal müddətində işğal edən və işğal olunan tərəf demək olar ki, eyni tutulurdu. 
BMT-nin və ATƏT-in Minsk qrupunun Azərbaycanın ərazilərini qeyd şərtsiz azad edilməsi barədə verdikləri bəyanatlara Ermənistan tərəfi məhəl qoymurdu. Azərbaycan bir çox danışıqlar apardı. Son ana qədər sülh yolu ilə torpaqlarımızın boşaldılmasını istədi. Ermənistan isə onu dəstəkləyən, silahlandıran ölkələrə arxayın olaraq öz təcavüzkarlığından əl çəkmədi.
Azərbaycan nəhayət öz gücü ilə öz torpaqlarını cəmi 44 gün ərzində işğaldan azad etdi. Ermənistan kapitulyasiya aktına imza atdı. Lakin yenə heç bir qayda-qanuna əməl etməyərək, terror törətməyə davam etdi. Bu müddət ərzində də Qərb dairələri qərəzli şəkildə Azərbaycana təzyiq göstərməyə, nədəsə ittiham etməyə çalışırdılar. 
Azərbaycan buna 3 il dözdu. Sülh yolu ilə, danışıq yolu ilə, heç bir qan tökülmədən  tarixi torpaqlarımızın geri qaytarılacağını gözlədi. Nəhayət Azərbaycan beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazisində antiterror əməliyyatı apardı. Bu əməliyyat cəmi 23 saat davam etdi və mülki əhali arasında heç bir itki olmadı. Ərazilərimiz tamamilə terrorçulardan təmizləndi.
Bütün bunlara baxmayaraq Ermənistan bu gün də Fransa kimi bir ölkəyə arxayın olub yenidən müharibə etməyə hazırlaşır. Lakin Ermənistan bilməlidir ki, heç kim Azərbaycan xalqının özünə, Azərbaycanın Silahlı Qüvvələrinə, Müzəffər Ali Baş Komandanına olan inamını qıra və təzyiq göstərə bilməz. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Azərbaycan sülhə hazırdır. Biz sülhə hazırıq, lakin ədalətli sülhə. Hər iki ölkənin bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq".
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 23 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər cəbhədən yeni xəbərlər ən son xəbərlər xeber az