Azərbaycan səfiri etimadnaməsini Butan Kralına təqdim edib
Azərbaycanın iqamətgahı Nyu Dehlidə olmaqla eyni zamanda Butan Krallığına təyin olunmuş səfiri Elçin Hüseynli etimadnaməsini Butan Kralı Ciqme Kxesar Namqyal Vanqçuka təqdim edib.
Bu barədə "Report"a səfirlikdən məlumat verilib.
Bildirilib ki, mərasimdən sonra baş tutan qəbul zamanı Butan Kralı səfiri təyinat münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. O, ölkəsində həyata keçirilən islahatlar, biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi üzrə görülən işlər barədə məlumat verib.
Səfir Azərbaycanın bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini qeyd edib, 12-13 noyabr tarixlərində Bakıda keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Butan Kralına dəvət məktubunun ünvanlandığını diqqətə çatdırıb.
Butana səfəri çərçivəsində səfir E.Hüseynli həmçinin ölkənin Baş naziri, xarici işlər və ticarət naziri, Milli Assambleyanın spikeri, Energetika və Təbii Sərvətlər Nazirliyinin katibi ilə görüşüb.
Görüşlər zamanı Azərbaycan və Butan arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri müzakirə olunub, parlamentlərarası əlaqələr, təhsil, turizm, ətraf mühitin mühafizəsi, bərpa olunan enerji kimi sahələrdə əlaqələrin genişləndirilməsinə maraq ifadə olunub.
Hömsöhbətlərə 2019-2023-cü illərdə Qoşulmama Hərəkatında sədrliyi dövründə Azərbaycan Prezidentinin təşəbbüsü ilə COVID-19 pandemiyasına qarşı qlobal mübarizə üzrə ölkəmizin həyata keçirdiyi önəmli tədbirlər, 80-dən çox ölkəyə göstərdiyi humanitar və maliyyə yardımları, təşkilatın institusional inkişafı üzrə gördüyü işlər barədə məlumat verilib.
Səfir COP29-a hazırlıq prosesindən danışaraq, bu əhəmiyyətli beynəlxalq tədbirdə Butanın fəal şəkildə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir