Azərbaycan səfiri Keniyanın Baş naziri ilə görüşüb - FOTO
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniyanın Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi arasında görüş keçirilib.
Səfirlikdən bildirilib ki, görüşdə iki ölkə arasında münasibətlərin dinamik inkişafından razılıq ifadə olunub və cari ildə nəzərdə tutulan səfərlərin ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrində potensialın istifadəsinə mühüm töhfə verəcəyi vurğulanıb.
Mudavadi Azərbaycana etdiyi səfərlər barədə ən xoş təəssüratlarını bölüşüb və iştirak etdiyi COP29-da Azərbaycanın liderliyi ilə qəbul edilən mühüm qərarların əhəmiyyətini dilə gətirib.
İkitərəfli əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan maksimum bəhrələnməyin vacibliyini qeyd edən Baş nazir Azərbaycanın rəqəmsal həllər və ictimai xidmətdə əldə etdiyi innovativ nailiyyətlərinin tətbiqi, o cümlədən ASAN Xidmət ilə ölkəsinin "Huduma" vətəndaşlara xidmət təşkilatı arasında əməkdaşlığın qurulmasına Keniya tərəfinin maraqlı olduğunu bildirib. Həmçinin qeyd edib ki, sərmayələrin cəlb edilməsi və ticarət əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur və bu çərçivədə kiçik və orta sahibkarlıq subyektləri arasında işbirliyinin də gücləndirilməsi vacib əhəmiyyət kəsb edir.
Səfir məlumat verib ki, Azərbaycan 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED2026) ev sahibliyi edəcək. Vurğulayıb ki, WUF13 çərçivəsində Azərbaycan və Keniya arasında sıx işbirliyi qlobal əməkdaşlığa mühüm töhfə verə bilər.
Baş nazir Azərbaycanın dayanıqlı şəhərsalma ilə iqlim dəyişikliyi proseslərinin qarşılıqlı təsirləri və COP-WUF platformaları arasında əlaqənin inkişafı üzrə fəaliyyətinə dəstək vermək üçün Keniyanın WUF13 çərçivəsində sıx əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən Keniyanın bir neçə təhsil və tibb müəssisələrinə bu yaxınlarda edilən humanitar yardımlar xatırlanıb. Baş nazir Mudavadi göstərilən humanitar yardımlara görə təşəkkür edərək, bunun tərəflər arasında səmimi dostluğun və əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb.
/ azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ
Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək
Vətən müharibəsi veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR
Bu ərazilərdə 3 saat işıq olmayacaq
İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdi
Lənkəranda "Mercedes Vito" TIR-la toqquşdu - Ölən və xəsarət alanlar var
Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Gələn ilin dövlət büdcəsində 3,2 milyard manatlıq kəsir gözlənilir
Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO
Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir