Azərbaycan siyasətinin Münhen qələbəsi

Azərbaycan siyasətinin Münhen qələbəsiMöhtərəm Prezidentimiz cənab İlham Əliyev cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması"adlı plenar iclasda iştirak edib. İlham Əliyev çıxışı zamanı üç Qafqaz Respublikalarının rəhbərlərinin görüşnü tarixi görüş kimi qiymətləndirib: "Tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamandabir platformada görüşürlər".
Dövlət başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" adlı plenar iclasda çıxış edib. Konfrans çərçivəsində Münxendə dövlət başçımızın ABŞ-nin Dövlət katibi və Ermənistanın baş naziri ilə birgə görüşü olub. Eyni zamanda bir sıra ikitərəfli görüşlər keçirilib.
Cənab Prezidentin beynəlxalq arenada dövlətimizin nüfuzu və gücünün artırılması istiqamətində gərgin diplomatik fəaliyyəti istiqamətində növbəti uğuru Münxen Təhlükəsizlik Konfransında iştirakı ilə bir daha təsdiqləndi. Bu səfər zamanı ölkə rəhbərinin konfransda çıxışı, ikitərəfli görüşləri Azərbaycanın beynəlxalq mövqeyi üçün mühüm önəm daşıdı. Dövlətimizin başçısının bütün toplantılarda və görüşlərdə sərgilədiyi mövqe respublikamızın beynəlxalq təhlükəsizlik üçün konstruktiv məsələlərlə şərtlənən bir yolda olduğunu göstərdi.
Azərbaycanın enerji təminatı sahəsində etibarlı əməkdaşlığı ilə yanaşı, siyasi təhlükəsizlik istiqamətində yürütdüyü siyasət dünya birliyi tərəfindən təqdir olunur. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qafqazda sülh və təhlükəsizlik mövzusunda keçirilən panel görüşdə ölkə rəhbərimizin səsləndirdiyi məsələlər də dövlətimizin beynəlxalq hüquqa söykənən sülhpərvər mövqeyi baxımından böyük əhəmiyyət daşıyır.
Bu gün dünyada həm siyasi, həm iqtisadi, həm də hərbi böhran yaşanan vaxtda Azərbaycan öz iqtisadiyyatını dirçəltməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti quruculuq işləri aparır, torpaqların minalardan təmizləməsi prosesini həyata keçirir. Eyni zamanda, Azərbaycan öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Bu gün Avropanın enerji ilə təminatında əsas rollardan birini məhz Azərbaycan oynayır. 
Bütün bu uğurlara isə cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, düzgün siyasət nəticəsində nail olmuşuq. Həm ölkə başçımızın nüfuzu, həm də Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsi özünü bir sıra mühüm beynəlxalq tədbirlər də göstərir: "Daha doğrusu nüfuzlu beynəlxalq tədbirlər zamanı Azərbaycana və dövlətimizin başçısı İlham Əliyevə xüsusi diqqətlə yanaşılır. Bu sırada Münxen Təhlükəsizlik Konfransını xüsusilə qeyd etməliyik. Belə ki, builki Münxen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də məhz Azərbaycan Prezidentidir.
Hər ilin fevral ayında Almaniya Federativ Respublikasının ərazisinə görə ən böyük regionu olan Bavariya bölgəsinin inzibati mərkəzi Münxen şəhərində təşkil edilən Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə edildiyi dünyanın ən aparıcı forumu sayılır, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır. 1963-cü ildən keçirilən Münxen Təhlükəsizlik Konfransının əsas şüarı "Dialoq vasitəsilə sülh"dür. Təsisçisi faşizmə qarşı alman müqavimət hərəkatının fəal üzvü və sonralar ölkənin aparıcı naşiri və siyasi xadimi Evald fon Klaystdır. Münxen Təhlükəsizlik Konfransının builki - sayca 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edilib. 
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında budəfəki açıqlamaları ilə onlara yaxşı bir diplomatiya dərsi verdi. Ən maraqlı məqamlardan biri də bu idi ki, dövlətimizin başçısı birbaşa ad çəkmədən dəqiq məntiqi ardıcıllıqla bəzi faktları xatırladaraq qərbdəkilərin "kiçik bacı"larının Rusiyadan heç nə ilə fərqlənmədiyini qeyd etdi. "Dövlətimizin başçısının bəzi diplomatik gedişlərini Sarbonna Universitetinin məzunu Heusgen də öyrənsə pis olmaz. Bu, ən azından gələn il Münxen Təhlükəsizlik Konfransının daha uğurlu təşkilində onun işinə yaraya bilər".
Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından vacib və uğurlu bir tədbir oldu. Azərbaycan Prezidenti Qafqazda sabitliyin yaranması üçün dövlətimizin bütün imkanlarını səfərbər etdiyini ortaya qoydu. Beləliklə, bu konfransda ölkə rəhbəri Azərbaycan Respublikasının tək iqtisadi baxımdan deyil, həm də siyasi cəhətdən beynəlxalq arenada ciddi söz sahibi olduğunu təsdiqlədi.
Naftalan şəhər sakini Qasım Həsənov / azxeber.com

Siyasi       Tarix: 21 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar az son xeberler azerbaycan son.xabar xeber saytlari