Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu' başa çatdı – FOTOLAR

13 dekabr 2024-cü il tarixdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu"nu reallaşdırıb.
Öncə Azərbaycan Dövlət Himni səsləndirilib, Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutka yad edilib.  
Tədbiri giriş sözü ilə ASGA sədri, internet-media ekspert Səbuhi Abbasov açaraq Forumun tarixi əhəmiyyətindən danışıb: "Biz Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) olaraq bu istiqamətdə bir neçə Forum reallaşdırmışıq. Forumlar Bakıda, Moskvada, Kiyevdə, Varşavada, Minskdə, Lefkoşada, Tbilisidə reallaşmışdır. Məhz bu Forumların nəticəsində biz gənclərimizi slavyan ölkələri gəncləri ilə əlaqələndirmiş, güclü təbliğat strategiyası qura bilmişik. Lənkəran şəhərinin "Gənclər paytaxtı" seçilməsi isə bu şəhərin ecazkar təbiətinin, tarixinin slavyan ölkələri gənclərinə aşılanması üçün tarixi fürsət oldu. Layihəmizə verdikləri dəstəkdən dolayı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. Layihə çərçivəsində həm yerli, həm də Slavyan ölkələrindən dəvət olunan ekspertlər məruzə işə çıxış edəcəklər. Hesab edirəm biz regionlarda bu kimi beynəlxalq forumların reallaşmasını intensiv etməliyik."
Daha sonra Gənclər və İdman Nazirliyinin rəsmisi Elşən Qəhrəmanoğlu çıxış edərək bu kimi Forumların davamlı və regionlarda keçirilməsinin vacibliyindən danışdı.
Sonra Polşadan gələn ekspert. Vyana Universitetinin elmlər doktoru Maria Jagodzińska çıxış edərək Polşa-Azərbaycan işgüzar əlaqələri ilə bağlı məruzə ilə çıxış etdi. 
Sonra Sloveniyadan gələn ekspert, ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələrin nüfuzlu universitetlərində və Avropa İttifaqında çalışan, elmlər doktoru Urban Yakša gənclərarası əlaqələrin inkişafında beynəlxalq tədbirlərin rolunun önəmindən danışdı. 
Azərbaycan Kriptoqrafika Palatası İB-nin sədri Sevda İbrahimova isə "Süni intelektin dayanıqlı inkişaf məqsədlərində rolu" mövzusunda məruzə ilə çıxış edib. 
Sonra ASGA İH-nin üzvü, "Minor Şirkətlər Qrupu"nun rəhbəri Murad Kərimov çıxış edərək slavyan ölkələri, xüsusən gəncləri ilə iqtisadi əlaqələrin, birgə layihələrin reallaşmasının vacibliyindən danışdı. 
Tədbirin sonunda 44 Günlük Qarabağ savaşına həsr olunmuş qısametrajlı videorolik təqdim edildi və iştirakçılara sertifikatlar paylanıldı. 
Tədbir coffee-break stolu ətrafında müzakirələrlə davam etdi. 
Məlumat üçün qeyd edək ki, 2023-cü il 19 yanvar tarixində Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında Lənkəran şəhəri isə 2024-cü il üçün "Gənclər paytaxtı" seçilmişdir. Lənkəran —Azərbaycan Respublikasının ən böyük və qədim şəhərlərindən biri, cənub bölgəsinin ən böyük şəhəridir. 28 iyul 1971-ci ildən respublika tabeli şəhərdir.
Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu' başa çatdı – FOTOLARAzərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu' başa çatdı – FOTOLARAzərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu' başa çatdı – FOTOLARAzərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu' başa çatdı – FOTOLARAzərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu' başa çatdı – FOTOLARAzərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu' başa çatdı – FOTOLARAzərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu' başa çatdı – FOTOLARAzərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu' başa çatdı – FOTOLARAzərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu' başa çatdı – FOTOLARAzərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu' başa çatdı – FOTOLARAzərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu' başa çatdı – FOTOLARAzərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu' başa çatdı – FOTOLARAzərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu' başa çatdı – FOTOLARAzərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu' başa çatdı – FOTOLARAzərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu' başa çatdı – FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 14 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Bakının bu rayonlarında işıq olmayacaq - Xəbərdarlıq

Yasamal və Nizami rayonlarında elektrik şəbəkəsində təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ

Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında

İyunun 11-də elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına rəsmi səfər ediblər. Səfər çərçivəsind

Xərçəng riskini azaldırmış... - Bu meyvə haqqında bilmədiklərimiz

Antioksidantlar və C vitamini ilə zəngin olan alça immuniteti gücləndirir, iltihab əleyhinə təsir göstərir. Bu qidalı meyvə aşağıdakı xəstəliklərdən qoruyur: . Ürək-damar xəstəlikləri: Xolesterolu tənzimləyir, damar tıxanıqlığını

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Paytaxtın Sabunçu, Surraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz kəsiləcək. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. "Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqəda

Benzin və dizel satışına məhdudiyyət: Azərbaycan üçün hansı risk var?

Rusiyanın paytaxtı Moskvada benzin və dizel yanacağının satışına limit qoyulması yanacaq bazarında mümkün problemlərlə bağlı narahatlıqları artırıb. Müharibə şəraitinin təsirləri fonunda tətbiq edilən bu məhdudiyyətlər regio

Şişkinliyə qarşı 6 məhsul: Nə yemək və nə içmək lazımdır?

Qarın şişkinliyi milyonlarla insanın vaxtaşırı qarşılaşdığı bir problemdir. Mütəxəssislərin məlumatına görə, dünya əhalisinin təxminən 18%-i bu narahatlığı həftədə ən azı bir dəfə yaşayır və qadınlar bundan kişilərə nisbətə

Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? - AÇIQLAMA

Bu yay istirahət planlayanlar üçün ən vacib suallardan biri hansı ölkələrin daha sərfəli olmasıdır. Qiymət dəyişiklikləri və tur paketlərinin artıb-azalması seçimlərə birbaşa təsir göstərir. Buna görə də turistlər büdcələrin

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

"Xalq artisti Flora Kərimova dörd gündür ki, xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Hazırda Flora xanımın səhhəti yaxşıdır"

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

Rayonlarda iyun ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının 20-də respublika üzrə pensiyaları


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com apa.az xeberler bugunun xeberleri xabarlar