Azərbaycan sülh sazişi üzərindən işi davam etdirməyə hazırdır

Azərbaycan sülh sazişi üzərindən işi davam etdirməyə hazırdır2020-ci ildə Ali Baş Komandanımızın güclü siyasəti, Ordumuzun yüksək səviyyədə hazırlığı və xalqımızın birliyi nəticəsində Azərbaycanın əraziləri cinayətkar ermənilərin işğalında azad edildi. Cəmi 44 gün ərzində ərazi bütövlünü pərpa edən Azərbaycan dövləti yenilməz ordumuz tərəfindən 24 saat ərzində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini də tam bərpa etdi. Bu da regionda təhlükəsizliyin möhkəmlənməsinə, eyni zamanda sülhün bərqərar olmasına  imkan yaradır.
Ermənistan sülh sazişi bağlamağa maraqlı olmayıb, əksinə 30 illik işğal dövründə Azərbaycanın tarixini bu torpaqlardan silməyə çalışıb. Mədəni, dini, tarixi abidələrimizi dağıdıb, tarixi şəhərlərimizi yerlə yeksan edib. 
Azərbaycan isə həmişə sülhün tərəfdarı olub və otuz il işğalçı Ermənistanın zəbt etdiyi torpaqların sülh yolu ilə, danışıq yolu ilə  geri qaytarılmasını tələb edib. 
Münaqişənin başlandığı dövrdən regionda sülhə nail olmaq üçün yaradılan ATƏT-in Minsk qrupunun vasitəciliyi heç bir nəticə vermədi.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Bu prosesin iflasa uğraması göstərir ki, beynəlxalq təşkilatlarda, o cümlədən  ATƏT və BMT-də köklü dəyişiklər, islahatlar aparılmalıdır".
Odur ki, Azərbaycan məcbur olub öz torpaqlarını öz gücü ilə, müharibə yolu ilə işğaldan azad edərək geri qaytarsın. Ermənistan dövləti kapitulyasiya aktı imzaladı. Lakin Ermənistan bundan sonra da öz çirkin əməllərindən əl çəkmədi. Ordumuzun gücü ilə torpaqlarımızdan çıxarılan erməni quldurları torpaqlarımızdan geri qaçarkən ərazilərimizə 10 minlərlə mina və digər partlayıcı maddələr yerləşdiriblər. Basdırılan minaların partlaması nəticəsində isə 300-dən xeyli çox insan həyatını itirib və yaxud yaralanaraq ömürlük şikəst qalıb.
Ermənistan isə müharibədə uduzduğuna, kapitulyasiya aktını imzaladığına baxmayaraq ordusunu Azərbaycanın bir sıra ərazilərindən çıxartmadı, əksinə Qarabağdakı erməni separatçılarını durmadan silahlandırdı. Separatçılar isə  orada yaşayan dinc erməni xalqını təhlükə altına salaraq, sanki girov saxlayaraq təhlükəli ərazidən çıxmağa qoymadılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "10 noyabr üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən Ermənistan ordusunun qalıqları Qarabağ ərazisindən çıxarılmalı idi. Amma 3 il ərzində rəsmi İrəvan bunu etmədi, əksinə Laçın yolu vasitəsilə Qarabağdakı erməni separatçılarını silahlandırmaqda davam etmiş, üstəlik, Paşinyan sentyabrın 2-də qondarma "Dağlıq Qarabağ Respublikası"nın  yaradılmasının ildönümü ilə bağlı separatçıları təbrik etdi. Sentyabrın 9-da qondarma "Dağlıq Qarabağ"ın qondarma hakimiyyət orqanı olan "seçki" keçirdilər, özlərini yeni başçı seçdilər, bu isə mövcud reallığın tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycan antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün seçim yolu qoymadı.    Bütün bunlar dövlətimizin gücü hüsabına öz ərazisində separatizmin, qanunsuz rejimin ləğv olunması ilə nəticələndi".
Azərbaycan Ordusu bir sutkadan da az vaxtda ermənilərin Qarabağdakı ordusunu mülki infrastruktura və dinc əhaliyə ziyan vurmadan tərksilah etdi və həmin ərazi üzərində tam nəzarəti üzərinə götürdü. Burada işğaldan əvvəl yaşamış ermənilərə isə  öz evlərində qalmaqla bağlı çağırış etdi.
İşğaldan azad edilmiş ərazilərdə səfərdə olan  beynəlxalq ekspertlər, BMT nümayəndələri antiterror tədbirləri zamanı Azərbaycanın bütün humanitar normalara riayyət etdiyini  görüb və bunu dönə-dönə vurğulayıblar.
Azərbaycana ərazi iddiasında olan ermənilər bildiyimiz kimi  əvvəllər Azərbaycan ərazisində olmayıblar və heç vaxt burada yaşamayıblar. Onlar bura sonradan rusların əli ilə köçürülüblər. 
Rusiya İmperiyasının o vaxt İrandakı səfiri olmuş məşhur rus diplomatı Aleksandr Qriboyedov ermənilərin cənubi Qafqaza köçürülməsində aktiv iştirak edib. O, yazırdı ki, erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər. Onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışmağa və onları inandırmağa çalışmalı idik ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara icazə verilən ərazilərdə daimi olaraq qalmayacaqlar.
Amerikalı alim Castin Makkartinin yazılarında Cənubi Qafqazda, daha doğrusu Azərbaycanda erməni koloniyalarının yaradılması haqqında demişdi: "1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibi ermənilərin xeyrinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirilmişdir". Amerikalı alimin göstərdiyi rəqəmlərə görə 1828 və 1920-ci illər arasında Azərbaycana 560000 erməni köçürülmüşdür.
Bununla bağlı diqqətə layiq bir faktı da Zori Balayan özü etiraf etmişdir ki, İrəvanın əhalisi başqa yerlərdən gəlmələrdir. Əslində həqiqi İrəvanlı yoxdur. Akademik  A.İ.İonistan isə yazır ki, "İrəvan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar burada mütləq üstünlük təşkil edir".
Azərbaycan torpaqlarında özlərinə vətən, dövlət yaradan gəlmə ermənilər İrəvan xanlığını özlərinə paytaxt elan ediblər. Zaman-zaman yerli əhalini öz torpaqlarından departasiya edib, torpağında yaşayıb suyundan, çörəyindən qidalandığı yerli azərbaycanlılara hücum çəkib qətlə yetiriblər. Hər dəfə də öz havadarlarının köməyi ilə daha bir parça torpaq oğurlayıblar. Sonralar isə ermənilərin digər ölkələrdən Qarabağ xanlığına köçürülməsi başlayıb. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Dağlıq Qarabaağ adlı qurum mövcud olmayıb. 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı olub. Kürəkçay sülh müqaviləsi imzalanıb, onu Azərbaycan tərəfində Qarabağ xanı İbrahim Xəlil xan Rusiya tərəfindən isə çar generalı Sisianov imzalayıblar. Müqavilədə erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları haqqında heç bir xatırlatma yoxdur".
Yalnız XIX əsrin əvvəllərində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bu vaxtlar da buraya İrandan və Şərqi Anadoludan kütləvi surətdə ermənilərin köçü başladı. Nəticədə artıq Qarabağda da ermənilərin sayı artmağa başladı.
1980-ci ildə dəfələrlə olduğu kimi ermənilər qeyri-rəsmi ekstremis təşkilatlar yaratdılar. O vaxtkı sovet rəhbərliyi isə nəinki ermənilərin təcavüzkarlığına əhəmiyyət vermədi, hətta onları dəstəklədi. Azərbaycan torpaqlarında yaradılmış  Ermənistandan azərbaycanlılar tamamilə qovuldular. Sonra isə təcavüzkar erməni quldurları Azərbaycan ərazisinin daha 20 faizini - Qarabağı, eyni zamanda Qarabağa heç aidiyyəti olmayan yeddi Azərbaycan rayonunu işğal etdilər. 
Bir milyondan çox soydaşlarımız öz yurd-yuvasından didərgin düşdü. 30 il həsrətlə vətənə sarı boylandılar. Bir çoxları vətən deyərək gözü açıq köçdülər bu dünyadan.
Artıq doğma vətənə sarı, yurda sarı köç başlayıb. İnsanlar sevinc göz yaşları ilə doğulduqları, artıq yenidən tikilmiş, bərpa olumuş, daha da gözəlləşmiş, abadlaşmış  yurd yerlərinə köçürlər.
Hamı sülh istəyir. Əmin-amanlıqda yaşamaq istəyir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Bütün oyunlara son qoyulmalıdır və sülh sazişi imzalanmalıdır. Ermənistan baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşlərdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış.
Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır. Sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Bütün digər təkliflər həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla ölkəmiz tərəfindən təhlil ediləcək".
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi     Baxılıb: 192   Tarix: 15 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

İran Rusiyadan hərbi yardım istədi – Kremlin cavabı

İsrailin İranın nüvə obyektlərinə ağır zərbə endirməsindən sonra Tehran Moskvanı Rusiyaya bütün silah tədarükünü dayandırdığı barədə xəbərdar edib. xəbər verir ki, bu barədə "Kremlyovskaya Tabakerka" kanalı Rusiy

Azərbaycanda Milli Qurtuluş Günüdür

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. xəbər verir ki, 32 il əvvəl – Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişa

Belek Universiteti məzunlarını gələcəyə uğurladı — Möhtəşəm mərasim, dərin mesajlar və musiqi dolu vida gecəsi

Antalyanın füsunkar Belek bölgəsində yerləşən və son illərdə elm-təhsil sahəsində əhəmiyyətli uğurlara imza atan Antalya Belek Universiteti 2024–2025-ci tədris ilini təntənəli məzuniyyət mərasimi ilə yekunlaşdırıb. xəbə

İsrailin İranı vuracağı xəbəri - Yaxın günlərdə

ABŞ-ın ABC News telekanalı xəbər verir ki, İsrail hökuməti yaxın günlərdə İrana qarşı hərbi əməliyyat keçirə bilər. Hazırda bu qərar tam olaraq təsdiqlənməsə də, regionda gərginliyin artması fonunda hərbi zərbə variantı intensi

İran İsrailin nüvə proqramına dair məxfi sənədləri açıqladı – ŞOK DETALLAR BİLİNDİ

İran mediası İsrailin nüvə proqramına dair əldə edilən məxfi sənədlərin ilk hissəsini ictimaiyyətə təqdim edib. Məlumata görə, sənədlər birbaşa İsrail rejimindən əldə olunub və beynəlxalq ictimaiyyətə, xüsusilə də Beynəlxal

İsraili əbədi rüsvayçılıq gözləyir

İsrailin Kirmanşah şəhərindəki xəstəxanaya zərbə endirməsi beynəlxalq hüququn pozulması və müharibə cinayətidir. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai deyib. "Təcavüzkar İsrail Kirmanşahdak

Qırğızıstanın İrandakı səfirliyi Azərbaycan hökumətinə təşəkkür ETDİ

"Qırğızıstanın İrandakı səfirliyi adından bizim üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Ona görə ki, təxliyəmizə kömək etdilər və bu proses yüksək səviyyədə həyata keçirilib". report-

Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Misirdən olan həmkarları ilə İsrail-İran münaqişəsi ətrafındakı vəziyyəti müzakirə edib. Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbə bildirib

Hikmət Hacıyev Çex Respublikasının rəsmiləri ilə görüdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çex Respublikasının xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşüb. Bu barədə Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən ən son xəbər novruz bayramı xeberler bugun 2025 bugunun xeberleri