Azərbaycan Suriyaya səfir təyin EDƏCƏK?

Azərbaycan Suriyaya səfir təyin EDƏCƏK?Suriyada 13 illik vətəndaş müharibəsinin sonunda Bəşər Əsəd hakimiyyəti devrildi. "Heyət Təhrir əl-Şam" (HTŞ) qruplaşmasının rəhbərlik etdiyi silahlı müxalifət 12 gün ərzində paytaxt Dəməşqə çatdı. Qruplaşmanın Dəməşqdə nəzarəti ələ keçirməsindən sonra prezident Bəşər Əsəd ailəsilə birgə ölkədən qaçıb və Rusiyaya sığınıb.
KONKRET.az xəbər verir ki, Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd hakimiyyətini devirən "Heyət Təhrir əl-Şam" qruplaşmasının lideri Əbu Məhəmməd Colani bildirib ki, hakimiyyət tam təhvil alınana qədər dövlət qurumları Əl-Cəlalinin nəzarəti altında qalacaq.
Qeyd edək ki, Suriyadakı hadisələrə Azərbaycanda da fərqli reaksiyalar verilib.
Azərbaycanla Suriya arasında diplomatik əlaqələr 1992-ci ilin mayında başlanıb. İki arasında əməkdaşlıq Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilir. Ötən il Suriyanın xarici işlər və mühacirlər naziri Feysəl Əl-Miqdad Azərbaycanda səfərdə olub.
Hazırda Azərbaycanın Suriyada səfirliyi yoxdur. Ölkəmizin Dəməşqdəki sonuncu səfiri Mahir Əliyev olub. O, 2008-2014-cü illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub. Diplomat 2014-cü ilin noyabr ayında geri çağırılıb. Azərbaycan daha sonra Livana səfir təyin etsə də, Suriyaya səfir göndərməyib.
Yeri gəlmişkən, Milli Məclisdə də Suriya ilə parlamentlərarası işçi qrupu yoxdur.
Azərbaycan Suriyaya səfir təyin EDƏCƏK?Suriyada vətəndaş müharibəsinin başladığı dövrdə Azərbaycanın xarici işlər naziri vəzifəsini tutan Elmar Məmmədyarov Modern.az-a danışıb.
O qeyd edib ki, yeni hakimiyyətin Suriyada hansı addımlar atacağını gözləmək lazımdır: "Əlbəttə, Suriya Yaxın Şərqdə önəmli ölkəydi. Amma orada cürbəcür məsələlər var. Yeni hakimiyyətin qonşularla və daxildə necə siyasət yürüdəcəyi önəmli məsələdir.  Onların hansı addımları atacağı bizə məlum olduqdan sonra nəsə dəqiq şərh vermək olar".
E.Məmmədyarov qeyd edib ki, Suriya ilə diplomatik münasibətlər məsələsi də yeni hakimiyyətin addımlarından asılı olacaq:
"Azərbaycanın Suriyada səfirliyi vardı. 2011-ci ildə vətəndaş müharibəsi başlayanda səfirliyi çıxardıb, Beyruta köçürdük. İndi hakimiyyətdə olanlar ABŞ və Türkiyə başda olmaqla bütün ölkələr tərəfindən terror qruplaşması kimi tanınır. Görək beynəlxalq oyunçular onlara qarşı hansı addımları atacaqlar. Orada həm Rusiya, həm İran, həm ABŞ, həm də İsrail faktoru var. Suriyada oyunçular çoxdur. Məncə, Azərbaycan üçün tələsməyə ehtiyac yoxdur. Gələn il ABŞ-da administrasiya dəyişəcək. Yeni administrasiyanın hansı addımları atacağı məsələsi də vacibdir. Yenə deyirəm, məncə tələsməyə ehtiyac yoxdur".

Siyasi       Tarix: 11 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbərlər cəbhədən xəbərlər son xeberler bu gun sou xeberler