İran - Azərbaycan münasibətlərində yeni mərhələ: Əraqçi Bakıya niyə gəlir?

İran - Azərbaycan münasibətlərində yeni mərhələ: Əraqçi Bakıya niyə gəlir?Xəbər verdiyimiz kimi, İran xarici işlər naziri Abbas Əraqçi dekabrın 7-i Azərbaycana səfər edəcək. 
Səfər çərçivəsində onun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və digər bir sıra rəsmilərlə görüşü nəzərdə tutulur.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan azxeber.com-a açıqlamasında deyib ki, bu səfər iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində növbəti addımdır:
"İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana nəzərdə tutulan səfəri iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində növbəti cəhddir.
Son zamanlar hər iki ölkə arasında bir sıra istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlığın genişləndirilməsinə dair görüşlər keçirilib. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfəri, burada dövlət başçısı Prezident İlham Əliyevlə keçirdiyi görüşlər və digər məsələlər iki ölkə arasında əməkdaşlıq və münasibətlərin normallaşması istiqamətində atılmış addımlardır".
Ekspert deyib ki, 12 günlük müharibə səbəbindən müəyyən hadisələrin təxirə salındı:
"Məsud Pezeşkian Bakıya səfəri zamanı yenidən gələcəyini də bildirmişdi. Sadəcə olaraq 12 günlük müharibə səbəbindən müəyyən hadisələrin təxirə salındı. Hesab edirəm ki, Əraqçinin Azərbaycana səfəri Pezeşkianın gələcəkdə Bakıya edəcəyi səfər üçün bir hazırlıq və ya bir anons xarakteri daşıyır".
Şahanə Ziyad

Siyasi       Tarix: 05 dekabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes sonxeber bu gunun xeberleri haqqinda melumat son xəbər