Azərbaycan-Tacikistan hökümətlərarası komissiyasının 5-ci iclası keçirildi

Azərbaycan-Tacikistan hökümətlərarası komissiyasının 5-ci iclası keçirildiBu gün Düşənbədə Azərbaycan-Tacikistan hökümətlərarası komissiyasının 5-ci iclası keçirilib.
KONKRET.az xəbər verir ki, iclas Komissiyanın Azərbaycan tərəfdən həmsədri, kənd təsərrüfatı naziri İnam Kərimovun iştirakı baş tutub.
İki ölkənin rəsmiləri sənaye, kənd təsərrüfatı, ticarət, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.
Azərbaycan nümayəndə heyətinin salamlayan Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, hökumətlərarası komissiyanın həmsədri Zavki Zakizoda əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib. Azərbaycan və Tacikistanın bütün beynəlxalq platformalarda səmərəli əməkdaşlıq etdiyini deyən həmsədr deyib ki, hər iki dövlət müxtəlif sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmindədir.
İ.Kərimov isə bildirib ki, iki ölkənin münasibətləri dərin tarixə və mədəni köklərə söykənir: "Bu dəyərlər bütün sahələrdə etibarlı tərəfdaş kimi birgə əməkdaşlığın əsasını təşkil edir. Dövlət başçılarının müxtəlif formatlarda keçirdiyi görüşlər, prezidentlər və xalqlarımız arasında dostluq əlaqələri bu münasibətlərin daha da inkişafını təmin edir".
Müzakirələr zamanı bildirilib ki, iki ölkə arasında siyasi əlaqələr kimi iqtisadi əlaqələrin də inkişafında artım tempi müşahidə olunur. Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsi artır. İki ölkənin iş adamları arasında sıx əlaqələrin qurulması, birgə biznes-forumların keçirilməsi, hər iki ölkədə təşkil olunan müxtəlif beynəlxalq sərgilərdə iştirak ticarət əlaqələrini daha da şaxələndirməyə, ticarət dövriyyəsinin həcmini artırmağa imkan verəcək.
İclasda Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin, Ələt azad iqtisadi zonasının imkanları ilə tanış olmaq üçün tacik iş adamlarının Azərbaycana səfəri, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, aqrar sahədə texnologiyalar transferi, təhsil, elmi tədqiqatlar, turizm və mədəniyyət sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub.
Tərəflər hazırda fəaliyyət göstərən sənaye sahəsində Azərbaycan-Tacikistan işçi qrupunun fəaliyyətini müsbət qiymətləndirib, aqrar sahədə əməkdaşlığı daha da genişləndirmək üçün birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
İclas içştirakçıları Azərbaycan və Tacikistanın ticari-iqtisadi əməkdaşlıq, investisiya qoyuluşu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, energetika, elm və təhsil, mədəniyyət, turizm, bank sektoru, miqrasiya, əhalinin məşğulluğu, gənclər siyasəti və idman sahəsində əməkdaşlığı genişləndirməyi qərara alıblar.
Müzakirələr başa çatdıqdan sonra iclasın protokolu imzalanıb. Protokola əsasən, komissiyanın növbəti iclası Bakıda keçiriləcək. İclasın tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Sosial       Tarix: 23 fevral 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber cəbhədən son xəbər krimnal xeber sonxəbər