Azərbaycan tərəfi Vardanyanla istənilən təmasdan imtina edib
İki dələduzdan ibarət korrupsiyaya bulaşmış duet Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov və Ruben Vardanyan ekoloqlarımız Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasındakı mədənlərə baş çəkərkən təxribat törədiblər.
Caliber.Az-ın məlumatına görə, Azərbaycan tərəfi Vardanyanla istənilən təmasdan imtina edib. Təxribatçılar isə tərəflər arasında təmasın olacağına bel bağlayırdılar. Biz Moskvadan göndərilmiş emissar və onun əlaltısı olan general tərəfindən məqsədyönlü eskalasiyasını növbəti dəfə müşahidə edirik.
Hadisənin təfərrüatlarına gəldikdə ekoloqlarımız mədənə gəlib çıxarkən onları əvvəlcədən ora gizli məqsəd üçün göndərilmiş Qarabağ ermənilərindən ibarət aqressiv kütlə qarşılayıb.
Vəziyyəti "nizamlamaq" üçün Vardanyan "gözlənilmədən" hadisə yerində peyda oldu. O, "burada mən "nazirəm", mənimlə danışın" deyib. Ekoloqlarımız buna cavab olaraq Vardanyana ehyam vurublar ki, o, "nazir" deyil... Ruben Rusiya hərbi gəmisinin istiqamət aldığı yerə göndərilib.
Heç bir şübhə yoxdur ki, Rubenin "leqallaşdırılması" ilə bağlı bu cəhd əvvəlcədən Rusiya sülhməramlı kontingentilə razılaşdırılıb. Belə ki, mütəxəssislərimiz iki mədənə yollanıblar və hər iki halda da hadisələrin ssenarisi oxşar olub.
Rusiya sülhməramlı kontingentinə gəldikdə isə onlar növbəti dəfə göstərdilər ki, o cümlədən yerlərdə mülki şəxslərimizin təhlükəsizliyinin və işlərinin təmin edilməsi məsələsində Azərbaycan tərəfilə əldə olunmuş razılaşmalara əməl etmək istəmirlər və bunu edə bilmirlər.
Onlarla hər şey aydındır. Top bizim tərəfimizdədir. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var