Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənirAzərbaycan və türkmən xalqları arasında əlaqələrin tarixi qədimdir. İki dövlət arasında diplomatik əlaqələr 1992-ci ildən yaradılıb. Bu gün isə Azərbaycan-Türkmənistan münasibətləri strateji məzmun daşıyır. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri və səfər çərçivəsində imzalanan sənədlər dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirmişdir. Bu gün də iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 22-də  Azərbaycana səfəri zamanı bunun bir daha şahidi olduq.  Həmin gün dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. 
Qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən geniş gündəliyin olduğunu, bir çox məsələlər üzrə fikir mübadiləsinin aparıldığını, müzakirələrin nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcəyini vurğulayan Prezident İlham Əliyev Türkmənistan Prezidentinin Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etməsindən məmnun olduğunu dedi. Dövlətimizin başçısı Türkmənistan nümayəndə heyətinin üzvlərinin səfər çərçivəsində azərbaycanlı həmkarları ilə səmərəli müzakirələr aparacaqlarına əminliyini bildirdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında imzalanacaq sənədlərin əhəmiyyətinə də toxundu, bunu, münasibətlərimizin geniş gündəliyinin göstəricisi kimi qiymətləndirdi.
Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirən dövlətimizin başçısı bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırlatdı. Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu dedi.
Türkmənistanda Azərbaycanın Mədəniyyət Günləri çərçivəsində yaradıcı kollektivlərimizə göstərilən qonaqpərvərliyə görə də türkmən tərəfinə minnətdarlığını ifadə edən dövlətimizin başçısı ötən il ölkəmizdə Türkmənistan Mədəniyyəti Günlərinin keçirildiyini xatırladaraq, humanitar sahədə belə dinamik əməkdaşlığın təbii olduğunu vurğuladı. Xalqlarımızı ortaq tarixin birləşdirdiyini qeyd edən dövlət başçımız bunun, həmçinin qarşılıqlı fəaliyyətimizdə də mühüm amil olduğunu qeyd etdi.
Hazırda qarşıda qlobal gündəlikdə olan məsələlərin - nəqliyyat və enerji təhlükəsizliyinin dayandığını vurğulayan dövlətimizin başçısı Azərbaycanın və Türkmənistanın həm milli səviyyədə, həm də birgə təşəbbüslər vasitəsilə yalnız regionda deyil, həm də qlobal səviyyədə çox mühüm rol oynadıqlarını, bu rolun gələcəkdə daha da artacağını dedi. Bu xüsusda Azərbaycan Prezidenti qeyd etdi ki, geniş Avrasiya qitəsində geosiyasi proseslərin müsbət inkişafı bir çox hallarda bu sahələrdə sıx qarşılıqlı fəaliyyətimizdən asılı olacaqdır.
Hər iki dövlət başçısı ölkələr arasında siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar və digər sahələrdə sıx əlaqələrin qurulduğunu, yüksəksəviyyəli təmasların, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin uğurlu inkişafında mühüm rol oynadığını, həmçinin BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və MDB çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğuladılar. Eyni zamanda, Xəzər dənizi ilə bağlı əməkdaşlığa da toxunaraq təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyətin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını qeyd etdilər. 
Nəqliyyat-tranzit sahəsinin də əməkdaşlığın strateji istiqamətlərindən biri kimi qiymətləndirən dövlət başçıları hər iki ölkənin əlverişli coğrafi mövqeyinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm üstünlüklər yaratdığını bildirdilər.
Əminliklə bir daha demək olar ki, səfər zamanı iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan-Türkmənistan münasibətlərinin yeni mərhələyə qədəm qoymasından xəbər verir.
Elxan Quliyev, Əməkdar müəllim / azxeber.com

Siyasi       Tarix: 23 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /


son xeberler yeni xeberler azerbaycan xeberleri futbol xeberleri sonxabar en son xəbərlər bugün xeber.az bu gun