"Azərbaycan üçtərəfli görüşlərə hazırdır" - Prezidentin köməkçisi

"Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəkləyir və bu mənada sülh müqaviləsi daxil olmaqla, bir çox sülh təşəbbüslərinin müəllifi məhz Azərbaycandır".
KONKRET.azxəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabındakı paylaşımında qeyd edib.
"Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranadada iştirak etməməyə qərar verib. Biz, həmçinin ev sahibi olaraq İspaniyanın da bu formatda olan görüşdə iştirakının tərəfdarı idik. Bəzi beynəlxalq media resurslarında bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyil", – deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında Brüsseldə tezliklə üçtərəfli görüşlərə hazırdır: "Azərbaycan tərəfi eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülh müqaviləsi üzrə birbaşa və ikitərəfli dialoqu və danışıqları dəstəkləyir. Fürsətdən istifadə edərək İspaniyadan olan həmkarlarımızı və dostlarımızı Avropa Siyasi İcmasının Qranada görüşünü uğurla təşkil etmələri münasibətilə təbrik edirik və Ermənistan-Azərbaycan dialoquna töhfə vermək niyyətlərinə görə təşəkkür edirik".

Siyasi       Tarix: 05 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Araz dəhlizi nə vaxt açılacaq? - "2 il yarım qalıb"

Prezident İlham Əliyev və  İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf arasında görüşdə Ağbənd-Kəlalə körpüsünün tikintisinin başa çatdığı və Araz dəhlizinin artıq hazır olduğu bildirilib. "Yəqin ki, ümum

İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT

İran və ABŞ Körfəzdə hücumları davam etdirib. Tərəflər iki həftədən az əvvəl imzalanmış və dörd aydır davam edən müharibəyə son qoymalı olan müvəqqəti razılaşmanın pozulmasına görə bir-birini ittiham edirlər. KONKRET.azxəbə

Pərviz Şahbazova ağır itki

Energetika naziri Pərviz Şahbazova ağır itki üz verib. "Postmedia"ya istinadən xəbər verir ki, nazirin anası Zemfira Şahbazova vəfat edib. Allah rəhmət eləsin!

Prezidentdən Naxçıvanla bağlı FƏRMAN

Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət qulluğu haqqında" qanun

Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterl

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodrigesə başsağlığı verib. məktubun mətnini təqdim edir:. "Venesuelada baş vermiş güclü zəlzələ nəticəsind

Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır

Serbiya prezidenti Aleksandar Vuçiç gözlənilməz açıqlama ilə gündəmə gəlib. KONKRET.azxəbər verir ki, Aleksandar Vuçiç Belqradda keçirilən hökumətyönlü mitinqdə çıxışı zamanı yaxın vaxtlarda prezident vəzifəsindən ayrılacağın

ABŞ-İran gərginliyi Üçüncü Dünya Müharibəsinə çevriləcək? - Elə ssenari qurulub ki

ABŞ və İran arasında son dövrlər müşahidə olunan hərbi-siyasi gərginlik yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tərəflər arasında atəşkəsin vaxtaşırı pozulması və qarşılıqlı ittihamlar "bu qarşıdurm

"Azərbaycanı vurardıq" bəyanatına Bakıdan cavab: "İranda yaxşı bilirlər ki…"

İran parlamentinin deputatı Kamran Qəzənfərinin Azərbaycanın ünvanına növbəti dəfə səsləndirdiyi ittihamlar iki ölkə arasında münasibətlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Deputat bu dəfə İranın müharibə zaman


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbər en son xəbərlər bugün ən son xəbər xeber az