Azərbaycan üçün rəqəmsallaşma - Seçim, yoxsa zərurət?

Azərbaycan üçün rəqəmsallaşma - Seçim, yoxsa zərurət?Son illərdə bəşəriyyət qlobal və köklü dəyişikliklər yoluna qədəm qoymuşdur. Postindustrial dövr insanın həyatından tədricən inkişaf tariximizdəki yeni dəyişiklik - rəqəmsallaşma vasitəsilə sıxışdırılıb çıxarılır.
Milli.Az bildirir ki, Trend hazırda hansı istiqamətdə inkişaf etməli olduğumuz və bu prosesin nədən ibarət olduğu barədə bu sahə üzrə ekspert Fuad Allahverdiyevlə söhbət edib.
- Fuad müəllim, "Rəqəmsallaşmaya gedən yol: Azərbaycan üçün yeni perspektivlər" adlı son məqalənizdə siz yeni, daha doğrusu "rəqəmsal" reallıqlara keçməyin və ictimai-iqtisadi formasiyaların dəyişməsinin labüdlüyü barədə yazmısınız. Bilmək istərdik, siz bununla nəyi nəzərdə tutursunuz?
- Bilirsiniz, hazırda dünya tədricən postindustrializmdən rəqəmsallaşmaya keçir. Cəmiyyət idarəetmədə yeni yanaşmalar tələb edən böyük həcmdə informasiya ilə üzləşir. İctimai-iqtisadi formasiyalar, yəni ibtidai icma quruluşu, quldarlıq, feodalizm, sənayeyə qədərki cəmiyyət, sənayeləşmə və nəhayət postsənaye dövrü bəşəriyyətin öz inkişafı boyu üzləşdiyi mərhələlərdir. Bu mərhələlər haqqında daha ətraflı məlumatı qeyd edilən məqalədən əldə etmək mümkündür. Lakin qeyd etmək lazımdır ki, bu formasiyaların hər birinə keçid yeni yanaşmalar tələb edirdi. Rəqəmsallaşma da bu baxımdan istisna deyil. Ona görə də mən yeni reallıqlara keçidi zəruri hesab edirəm.
- Sizə elə gəlmirmi ki, bu fikirlər marksizmdən irəli gəlir?
- Əvvəla, Marksın iqtisadi nəzəriyyəsini heç kim tamamilə təkzib etməyib və rədd etməyib. Bundan başqa, görkəmli avstriyalı iqtisadçı Yozef Şumpeter Marksı on nüfuzlu iqtisadçıdan biri hesab edirdi. Lakin yanaşmalarda fərqlər mövcuddur. Marks hesab edirdi ki, formasiyaların dəyişməsi ictimai münasibətlərin inkişafının təsiri altında baş verir, mən isə hesab edirəm ki, ictimai münasibətlər cəmiyyətin istifadə etdiyi enerjinin təsiri altında inkişaf edir. Yəni mənim yanaşmam daha fizikidir. Hərçənd, ümumiyyətlə razılaşmaq olar ki, Marks formasiyaların dəyişməsini ictimai münasibətlər zənciri ilə əlaqələndirir, mən isə bu zəncirə sadəcə daha bir halqanı - enerjini əlavə edirəm. Bu mənada ziddiyyət yoxdur, sadəcə, ictimai-iqtisadi münasibətlərin inkişaf mənbəyini göstərən daha bir halqa əlavə olunur.
- Bəs bu halda kommunizmə və sosializmə necə yanaşmaq olar?
Kommunizmə toxunmayaq, bu Tomas Morun üslubunda olan utopiya kateqoriyasındandır, yəni qeyri-realdır, sosializm isə... Sosial ədalətin bərqərar olduğu cəmiyyəti kim arzulamaz ki? Sadəcə olaraq, Marks belə bir cəmiyyətə bürokratlaşdırma üsulları ilə nail oluna biləcəyini düşünürdü, mən isə cəmiyyətin sosial ədalətə nail olmasına gedən yolun məhz ümumi rəqəmsallaşmadan keçdiyini görürəm. Əlbəttə, qısa müsahibədə ətraflı danışmaq mümkün deyil, amma bir misal göstərəcəyəm. İqtisadi faydaların bölüşdürülməsi Pareto qanununa tabedir - 20% iştirakçı 80% faydanı istehlak edir. Bu iştirakçılar kimdir? Məncə, cavabı bilirsiniz - onlar vasitəçilərdir. Vasitəçilərin dərin və hərtərəfli rəqəmsallaşdırılması (maşına pul ödəmək lazım deyil) bu əyrini sağa doğru dəyişməyə, yəni iqtisadi faydaları daha ədalətli şəkildə yenidən bölüşdürməyə imkan verəcək.
- Ümumiyyətlə, zəmanəmiz üçün bu yanaşma bir qədər qeyri-adidir, lakin etiraz etmək çətindir, hər şey məntiqlidir. Bəs postindustrial cəmiyyətin inkişafı yeni formasiyanın yaradılmasına necə gətirib çıxaracaq? Bilirəm ki, İT və telekommunikasiya sahəsində böyük təcrübə ilə yanaşı, sizin banklarda 10 ildən artıq iş təcrübəniz var, bəlkə bankların timsalında izah edəsiniz?
Bəli, məmnuniyyətlə. Əvvəla, Con Helbreytin sənaye cəmiyyəti nəzəriyyəsinə müraciət edək. Professor Helbreyt hesab edirdi ki, postindustrial cəmiyyətin əsas cəhəti vasitəçilər institutunun meydana çıxmasıdır. Təbii ki, belə bir cəmiyyətin inkişafı bu institutun inkişafına gətirib çıxarır. Vasitəçilər institutunu korporativ seqment - bank bürokratiyası kimi nəzərdən keçirək. Bankda bürokratik aparatın inkişafı bir sıra fəsadlara gətirib çıxarır. Birincisi, xərclərin artmasına, ikincisi, idarəetmənin pisləşməsinə...
- Bağışlayın, sözünüzü kəsirəm. Lakin ümumi qəbul edilmiş fikir bundan ibarətdir ki, idarəetmənin əsas vasitəsi məhz bürokratik aparatdır.
Müəyyən həddə qədər bu haqlı iddiadır. Lakin bürokratik aparatın özünüinkişaf xüsusiyyəti var və kritik həddə çatandan sonra proses zəncirvari reaksiya xarakteri daşımağa başlayır, bu isə idarəetmə sisteminin daha da mürəkkəbləşməsinə gətirib çıxarır, aydındır ki, sistem nə qədər mürəkkəbdirsə, deməli, onu idarə etmək daha çətindir. Beləliklə, hər şey bu cür sadə və aydın deyil, prosesin qeyri-xətti olduğunu da nəzərə almalıyıq.
- Sizin fikrinizi bilmək yaxşı olar, bəs bizdə bu necə və nə üçün yaranıb?
Çətin ki bu, öz-özlüyündə yaransın, çox güman ki onu bizdə Qərb məsləhətçiləri tətbiq ediblər, karqo kultu Melaneziyaya hansı səbəbdən aşılanıbsa, bizim də beynimizdə bu məhz o səbəbdən özünə yer edib. Hamımızı inandırıblar ki, Qərb transmilli korporasiyalarının strukturunu təkrarlasaq, bizdə də hər şey onlardakı kimi yaxşı olacaq. Nəticə etibarilə isə biz hələ də prosesləri tam olaraq anlaya bilməmişik və sadəcə aparatı genişləndiririk. Bəlkə məsələ ondan ibarətdir ki, biz sadəcə olaraq formasiyalardan birini - sənaye cəmiyyətini buraxmışıq və dərhal sosializmdən postindustrializmə adlamışıq. Kim bilir? Əgər bürokratik aparatın genişlənməsinin təsiri ilə bağlı fikrimi davam etdirsəm, belə bir misal çəkə bilərəm. Kredit faizinin artması müştərinin defolt ehtimalının artmasına gətirib çıxarır və beləliklə, zərərin artmasının riyazi gözləntisi yüksəlir. Bundan başqa, borcalanlar portfelinin keyfiyyəti pisləşir, axı ödəniş qabiliyyətli borcalan yüksək həddə faiz dərəcəsinə razı olmayacaq. Nəticədə, kredit üzrə faiz dərəcəsinin artması zərərin də artmasına gətirib çıxaracaq. Amma bu hələ hamısı deyil. Banklar kredit əməliyyatlarının zərərlərini ənənəvi üsulla - yeni bürokratik struktur yaratmaq yolu ilə bağlamağa çalışırlar, bu isə yalnız zərərin artmasına gətirib çıxarır ki, onu da sonra yenə faiz dərəcəsinin artırılması ilə kompensasiya edirlər və s. Nöqsanlardan ibarət olan bu dairəni ləğv etməyin yeganə yolu rəqəmsallaşmadır.
- Bəs banklar avtomatlaşdırılmır? Özü də çox aktiv şəkildə.
Bəli, məhz avtomatlaşdırılır. Nə vaxtsa avtomatlaşdırma müəyyən iqtisadi effekti verə bilərdi. Bu dövran geridə qaldı. Yeni, hazır məhsulu avtomatlaşdırılmaya qədərki dövrdə bazara çıxarmaq üçün banka nə qədər vaxt tələb olunurdu? Bir, ya iki gün? Bəs indi? Aylar, həm də bir - iki ay yox. Banklarda İT şöbələrinin büdcələri günlərlə yox, saatlarla artır, yaxşıya doğru dəyişiklik isə heç sıfır da deyil, mənfidir. Yeri gəlmişkən, yaddan çıxarmayaq ki, İT büdcələrinin artırılması da yuxarıda qeyd etdiyimiz bütün fəsadlarla birgə faiz dərəcələrinin yüksəldilməsinə təsir göstərir, lakin banklarda İT, ümumiyyətlə, ayrıca mövzudur, həm də kiçik mövzu deyil. Ümumiyyətlə, avtomatlaşdırılma bankları xilas etmir.
- Az-çox başa düşüləndir, ancaq yenə də bankın rəqəmsallaşması ilə bağlı misal çəkə bilərsinizmi?
Misal çoxdur, məsələn, blokçeyn. O, bankları və kreditləşmə ilə bağlı bütün vasitəçiləri asanlıqla əvəz edir, bitcoin isə ödəniş sistemini asanlıqla əvəz edəcək, əslində bu barədə Fridrix Avqust fon Hayek hələ ötən əsrin ortalarında "Xüsusi pullar" əsərində yazmışdı. Bu, bizim təsir edə bilməyəcəyimiz bir şeydir. Nəyə təsir edə bilmirsənsə, deməli, ona rəhbərlik etməlisən. Buna görə də, banklar öz inkişaf vektorlarını maliyyə texnologiyalarına (FINTECH) yönəltməlidirlər, əlbəttə, sağ qalmaq istəyirlərsə. Maliyyə texnologiyaları sahəsində innovativ yanaşmaya misal kimi, bank proseslərinin avtomatlaşdırılması əvəzinə, blokçeynin KYC ("Know Your Client" - Öz Müştərini Tanı) prosedurunda istifadə edilməsini göstərə bilərəm. Bu dələduzluq risklərini ciddi şəkildə azaltmağa imkan verən lazımlı prosedurdur, lakin prosesin özü müştərilər üçün çox uzun və qeyri-şəffafdır. Əsas xüsusiyyəti ondan ibarətdir ki, hər bir kredit təşkilatı öz müştərisini özü yoxlayır. Əgər şəxsi məlumatların ötürülməsi ilə bağlı əlavə riskləri nəzərə almasaq belə, proses vaxt və vəsait tələb edir. Blokçeyndən istifadə zamanı müştərinin KYC prosedurundan yalnız bir dəfə keçməsi kifayət edir və bütün maliyyə qurumlarında ona xidmət göstərilməsinə başlanır.
- Demək istəyirsiniz ki, gələcəkdə banklar olmayacaq?
Banklar, institutlar kimi, şübhəsiz ki həmişə olacaq, amma onlar o qədər transformasiya olunacaqlar ki, telekom ilə bank arasındakı fərqi ayırd etmək heç də həmişə mümkün olmayacaq. Rəqəmsal dövrdə klassik bankın gələcəyi onun neobanka çevrilməsi, telekomla birləşməsi, süni intellektin (Sİ) tətbiqi, blokçeyndən istifadə edilməsindən ibarətdir. Neobankın nə olması ilə bağlı sual verəcəyinizi bildiyimdən onun nə olduğunu da izah edim. Kobud şəkildə desək, neobank - virtual məkanda fəaliyyət göstərən, ənənəvi fiziki bölmələrdən məhrum olan və istənilən kompüterlərdən və ya mobil qurğulardan onlayn rejimdə tam əhatəli bank xidməti göstərən rəqəmsal bankdır. Adətən, bu bank köhnəlmiş, daima müasirləşdirilən və avtomatlaşdırılan struktura malik klassik banklardan fərqli olaraq, müasir texnoloji platformalarda yeni səhifədən yaradılır. Yəni, bu, məsələnin heç də avtomatlaşdırmada yox, yanaşmada olmasının bariz nümunəsidir. Axı bankı nə qədər avtomatlaşdırsan da, dördüncü sənaye inqilabı şəraitində telekommunikasiya operatorlarının böyük məlumat bazaları və onların üzərində qurulmuş ümumi proseslər, Sİ alqoritmləri, paylanmış reyestr və blokçeyn olmasa, onun işi səmərəsiz və rəqabətsiz olacaq.
- Onda nə üçün Azərbaycanda indiyə qədər bir dənə də olsun neobank yoxdur?
Bu, çox konservativ sahədir. Lakin, bank sektorunun həddindən artıq tənzimlənməsinə baxmayaraq, məsələn, Rusiyada əhali ənənəvi bank olan "Touchbank"-ın rəqəmsal "törəmə" şirkətlərinin xidmətlərindən tutmuş, neobankinq bazarında "Yandex Money" qeyri-kredit təşkilatlarının və həqiqi rəqəmsal "Tinkoff" bankının xidmətlərinə qədər istifadə imkanına malikdir. Klassik bank kimi fəaliyyətə başlamış "Sberbank"ı da qeyd etmək olar, indi o tədricən özünün rəqəmsal transformasiyası çərçivəsində böyük texnoloji şirkətə çevrilməkdədir. Nəticədə, onun onlayn elektron ticarət mağazaları, telekomlar, sığorta, tibb və s. kimi qeyri-bank xidmətlərinin payı artmaqda davam edir. Odur ki, burada yalnız sektorun tənzimlənməsi yox, həm də tənzimləyici orqanların konservativliyi və köhnəlmiş infrastrukturun yükünü daşıyan bankların özləri də əsas rol oynayır. Bundan başqa, rəhbərlik heç də həmişə inkişaf vektorunun mənfəətə yönəlmiş üfüqi-şaquli istiqamətdən "hər şeyə nüfuz edən" - çoxölçülü istiqamətə dəyişməsində maraqlı olmur.
- Beləliklə, rəqəmsal iqtisadiyyat tənzimləyicilərdən də yeni yanaşmalar tələb edəcək?
Təkcə yeni yanaşmalar yox, ilk növbədə həm də təşəbbüslər. Burada əsas məsələ sektorun tənzimlənməsi deyil, tənzimləyicilərin özlərini rəqəmsal transformasiyanın istiqamətləndiricisi rolunda çıxış etməyə təşviq edəcək normativ tənzimlənmənin həyata keçirilməsidir. Axı, tənzimlənməli olan bazar, hazırda mövcud olan bazardır, gələcəkdə olan və gündən-günə inkişafı dəyişən bazar deyil. Sevindirici bir haldır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı artıq öz maliyyə texnologiyaları platformasını - blokçeyn texnologiyasına əsaslanan rəqəmsal identifikasiya sistemini tətbiq edir, bu isə müştərilərə öz hesablarını uzaq məsafədən açmağa və gələcəkdə bank xidmətlərini uzaq məsafədən əldə etməyə imkan verəcək. Bu proses klassik banklardan da biznes proseslərini köklü şəkildə dəyişdirməyi tələb edəcək, lakin bunlar hələ ki rəqəmsal transformasiya istiqamətində atılan ilk addımlar olacaq.
- Bəs bizi "postneft" dövründə nə gözləyir?
Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da "postneft" dövründə məhz informasiya yeni iqtisadiyyatın əsas xammalına çevriləcək. Yeri gəlmişkən, bizim üçün, artıq bayağılaşmış "məlumat yeni neft deməkdir" ("data is the new oil") ifadəsi xüsusilə aktualdır. Əsas odur ki, bu gün cəmiyyətdə informasiyanın əhəmiyyəti və dəyəri artıq dərk edilməkdədir. Buna aktual misal kimi COVİD-19-la bağlı vəziyyəti göstərə bilərik. Qeyd etmək lazımdır ki, rəqəmsallaşma mərhələsinə sıçrayışla keçmək üçün, biz demək olar ki, hər bir dövlət strukturunun bu sahədə vahid ziddiyyətsiz qanunvericiliyin olmamasından istifadə edərək öz sistemini öz standartlarına uyğun olaraq qurduğu rəqəmsal "feodalizm" formasiyasından qurtulmalıyıq. Nəticədə, bu sistemlər öz aralarında həm tətbiq edilmə səviyyəsində, həm də biznes prosesləri səviyyəsində düzgün qarşılıqlı fəaliyyət yarada bilmirlər. Dövlət strukturlarının timsalında, məlumatların özü mahiyyət etibarilə faydasızdır, onlar Sİ tərəfindən idarə olunan xidmətlərə çevrilməlidir, yalnız bundan sonra onlar yeni mənfəət mənbəyi və rifaha nail olunması üçün vasitə qismində xidmət edəcəklər. Süni intellekt inkişaf etdikcə, məlumatlar öz dəyərini artırmış olacaq, çünki onları ya toplamaq, ya da satın almaq lazım gəlir.
- Bəs bütün bunları kim idarə edəcək?
Əlbəttə, bu halda müxtəlif prosesləri əlaqələndirəcək, vahid strategiyanı həyata keçirəcək və sahələrin rəqəmsallaşdırılmasının yeni standartlarını tam fəaliyyət göstərən orqanizmin özülü şəklində formalaşdıra biləcək və hər bir idarədə rəqəmsal transformasiyaya cavabdeh olacaq yeni nəsil rəqəmsal menecerlər olmadan keçinmək mümkün deyil. Yəni, Sənaye 4.0 inkişafı üçün yeni rəqəmsal düşüncəli kadrlar lazımdır və idarəetmə sistemində onların başlıca vəzifələri, dövlət və əhali arasında vasitəçi rolunu yerinə yetirən bürokratik aparatın idarəetmə sistemindən söz açsaq, bürokratik sistemin avtomatlaşdırılmasından yox, bürokratik sistemin şüurunu transformasiya etməkdən, bu zaman öz texnokrat funksiyalarını yerinə yetirməkdən ibarət olmalıdır. Azərbaycanda "inkişafın hərəkətverici qüvvəsi" rolunu yalnız dövlət icra edə bilir və cəmiyyəti rəqəmsallaşdıraraq, "yuxarıdan inqilab" etmək lazımdır. Bu yeni cəmiyyətdə dövlət strukturları rəqəmsal identifikasiyanı tətbiq edərək, davranış məlumatlarını təhlil edərək, bir tərəfdən, demək olar ki, heç bir çətinlik çəkmədən idarəetməni həyata keçirə biləcəklər, digər tərəfdən isə vətəndaşlara keyfiyyətli xidmət göstərəcəklər. Çünki yeni nəsillərin yetişəcəyi yeni informasiya cəmiyyəti əvvəlkilərdən məhz ünsiyyətin yüksək dərəcədə virtuallaşması ilə seçilir, bunu inkişaf etmiş ölkələrdə COVİD-19 ilə bağlı vəziyyət də əyani şəkildə sübuta yetirdi. Əlbəttə, eksperiment hələ yeni başlayır və nəticələr barədə zaman keçdikcə danışmaq mümkün olacaq.
- Yaxşı, siz məni inandırdınız, amma bu formasiyanın qaçılmaz dəyişikliyi ilə necə bağlıdır?
Burada isə təbiətə müraciət etmək lazımdır, o, istehlak edilən enerjinin minimuma endirilməsi üsulu üzrə hərəkət edir, həmçinin postindustrializmin çağırışlarına, daha dəqiq desək, idarəetmə sisteminin mürəkkəbləşməsinə nəzər salmaq gərəkdir. Bu gün o, həqiqətən böyük resursları udmaqdadır, yalnız banklara baxmaq kifayətdir, onlar kreditlərə demək olar ki 20% marja tətbiq edirlər, lakin mən sizi əmin edirəm, onlar bunu keflərindən və ya simicliklərindən etmirlər, idarəetmə aparatı hər şeyi udur. Banklar üçün yeganə yol dərin və hərtərəfli rəqəmsallaşmadır - biznesin idarə edilməsinin və həyata keçirilməsinin yeni formalarına keçiddir. Biznesin bütün növləri bankların nümunəsini tətbiq edəndən sonra formasiyanın dəyişməsi baş verəcək, özü də inqilabla yox, təkamül yolu ilə.
Milli.Az /news.milli.az


İqtisadiyyat     Baxılıb: 444   Tarix: 14 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Bakcell"in təşkilatçılığı ilə "Süni İntellektlə Dayanıqlılıq" mövzusunda panel müzakirəsi keçirilib

İnnovasiya və sürət lideri "Bakcell"in təşkilatçılığı ilə "Süni İntellektlə Dayanıqlılıq" mövzusunda panel müzakirəsi keçirilib. Tədbirə spiker qismində "Bakcell"in Marketinq direktoru Elxa

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan

İndi"Unibank"ın Mastercard kartına sahib olanlar möhtəşəm endirim kampaniyasındanfaydalana biləcəklər. Dünyaca məşhur olan sağlamlıq və gözəllik məhsullarısaytından alış-veriş edən Unibank Mastercard sahibləri 3

Bu şəxslərə şad xəbər - 2027-ci ilədək vergi ödəməyəcək

İdxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz üzrə aksiz azadolmasının müddəti 2027-ci ilədək artırılıb. xəbər verir ki

COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı

BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29) çərçivəsində ölkənin ən böyük kommersiya banklarından biri olanBank Respublika və Niderland İnkişaf Bankı (FMO) arasında Azərbaycand

Tanınmış sığorta şirkəti ləğv edilir

"Bakı Sığorta" ləğv olunduğunu elan edir. -a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr küçəsi, ev 120, mənzil 6-cı mərtəbə ünvanına bildirə bilərlər

AccessBank müştərilərinin etibarını qoruyur' - Davit Tsiklauri

Azərbaycanın bank sektorusürətlə inkişaf edir və müştərilərin maliyyə ehtiyaclarını ödəmək üçün müxtəlifmaliyyə həlləri, o cümlədən depozit növləri təklif olunur. Azərbaycanda 100%xarici səhmdarlara malik olan yeganə ban

"Nargis" jurnalı xüsusi buraxılışında "Veysəloğlu"nun ekoloji layihələrindən bəhs edib

"Nargis" jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında Veysəloğlu Şirkətlər Qrupunun həyata keçirdiyi ekoloji layihələrinə xüsusi yer ayırıb. Jurnal önəmli tədbir olan COP29-un iştirakçıları arasında geni

Pensiyaların ödəniləcəyi tarix bilindi

Rayonlar üzrə pensiya ödənişi beş gündür ki, gecikir. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi təqaüdçülərin müraciətinə cavab olaraq bildirib ki, pensiyaların noyabrın 20-23 tarixi aralığında verilməsi nəzərd

Biznesində Maestro olanlara hədiyyələr təqdim edildi

Xəbərverdiyimiz kimi Birbank Biznes biznes sahibləri üçün əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən,tamamilə yeni və daha qənaətcil məhsul təqdim edib. xəbər verir ki, ölkənin banksektorunda ilk olan bu məhsu


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri oxu.az xeberler son xeberler bugun bugünkü son xəbərlər son xəbər