Azərbaycan UN-Habitat İcraiyyə Şurasına üzv seçilib
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının 30 may tarixində Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş növbəti sessiyası çərçivəsində Azərbaycan ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, UN-Habitat İcraiyyə Şurası Proqramın sessiyalararası fəaliyyət göstərən əsas qərarverici orqanıdır. Şurada 36 ölkə təmsil olunur. Qeyd edilən nüfuzlu BMT strukturuna Azərbaycanın üzvlüyü 2025-2029-cu illəri əhatə edəcəkdir.
Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat və Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. Bunun bariz nümunəsi 2023-cü ildə UN-Habitatın Ümumdünya Məskunlaşma Gününün (WHD23) Azərbaycanda keçirilməsi olub. Bununla yanaşı, Azərbaycan 17-22 may 2026-cı il tarixlərində qlobal əhəmiyyətli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək. / azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?