Azərbaycan UNESCO-da mühüm vəzifəyə seçilib
17–20 fevral tarixlərində UNESCO-nun mənzil-qərargahında Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitənin 19-cu sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi təmsil olunub.
Bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyindən məlumat verilib.
Məlumata görə, iclasın gündəliyinə uyğun olaraq, 20 fevral tarixində Komitənin 20-ci sessiyası üçün Büronun tərkibinə seçkilər keçirilib.
Bildirilib ki, seçkilərin nəticəsinə əsasən, Azərbaycan yekdilliklə Büronun sədr müavini vəzifəsinə seçilib.
"Azərbaycanın bu mühüm vəzifəyə seçilməsi ölkəmizin mədəni müxtəlifliyin qorunması və təşviqi, habelə UNESCO-nun müvafiq konvensiyasının məqsəd və prinsiplərinin həyata keçirilməsinə verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir", - qeyd olunub. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq