Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLAR

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLARİyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.
Almaniya Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırlayıb.
Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə edib.
O, Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.
Almaniya Prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd edib.
Dövlətimizin başçısı da öz növbəsində Frank-Valter Ştaynmayerin ölkəmizə səfərini məmnunluqla xatırladı.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunan Prezident İlham Əliyev ölkəmizin artıq Almaniya və Avstriyaya da qaz ixrac etdiyini dedi.
Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı qeyd edildi, iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu bildirildi, dövlətimizin başçısının Almaniyaya bu səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə olundu.
Bu səfər zamanı Azərbaycan-Almaniya əlaqələrinin strateji mahiyyət kəsb etməsi ilə əlaqədar Prezident İlham Əliyev və Kansler Fridrix Mertsin imzalayacağı "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin əhəmiyyəti vurğulandı.
Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri xatırlandı, bu xüsusda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı qeyd edildi.
Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti və bu dəhlizdə Azərbaycanın önəmli roluna toxunuldu, Yaxın Şərqdə yaranmış vəziyyət barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLARAzərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLARAzərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLARAzərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLARAzərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLARAzərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLARAzərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLARAzərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLARAzərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLARAzərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLARAzərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLAR/ azxeber.com

Siyasi       Tarix: 21 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

"Heqset belə düşünməkdə yanılır" - Zelenskidən vacib etiraf

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü məsələsinin həll olunduğunu düşünməkdə yanılır. xəbər verir ki, Zelenski ABŞ tərəfində

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun bugünki xəbərlər krimnal xeber axsam.az xeberler