Azərbaycan və Britaniya müdafiə nazirlikləri arasında danışıqlar keçirildi
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Müdafiə nazirlikləri arasında "6-cı Qərargah danışıqları"na dair görüş keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə əsasən təhlükəsizlik məsələləri, ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Humanitar sahə, eləcə də minatəmizləmə tədbirləri üzrə keçiriləcək təlim və treninqlərə töhfə məsələləri haqqında danışılıb. Tərəflər birgə hərbi əməkdaşlığın bundan sonra da hər iki tərəf üçün faydalı olacağına əminlik ifadə ediblər.
Sonra qonaqlar "N" hərbi hissəsini ziyarət ediblər. Nümayəndə heyətinə hərbi hissənin yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, videoçarx nümayiş etdirilib.
Böyük Britaniya tərəfindən təşkil edilən kurslarda iştirak etmiş hərbi qulluqçularla görüş keçirildikdən sonra qarşılıqlı hədiyyələr təqdim edilib.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ