Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artırılacaq
Gürcüstan Azərbaycanla ticarət dövriyyəsinin artırılmasına dair əsas məsələlərlə bağlı razılıq əladə edib.
KONKRET.az-ın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deyib. O, bildirib ki, nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədi ilə Azərbaycanla bir çox birgə nəqliyyat infrastrukturu layihələri həyata keçiriləcək.
Nazir Gürcüstan və Azərbaycanın dəmir yolları arasında əməkdaşlığın dərinləşdirilməsinin də nəzərdə tutulduğunu vurğulayıb.
"Azərbaycan Dəmir Yolları ilə aramızda daha yaxın əməkdaşlıq olacaq ki, bu da müştərilərə xidməti inkişaf etdirəcək. Artmış karqo dövriyyəsi şərtlərində istənilən gecikməsinin istisna edilməsi üçün texniki sahədə də əməkdaşlıq vacibdir", – deyə nazir bildirib.
Levan Davitaşvili əlavə edib ki, şərqlə qərb arasında yük daşımalarının artırılmasının təmin edilməsi üçün Gürcüstan-Azərbaycan əməkdaşlığının böyük potensialı var.
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı