Azərbaycan və Gürcüstan arasında yeni sərhəd buraxılış məntəqələri yaradılır
Azərbaycan və Gürcüstan arasında yeni sərhəd buraxılış məntəqələri yaradılır
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün 6 (altı) buraxılış məntəqəsi müəyyən edilib.
APA xəbər verir ki, bu, parlamentin plenar iclasına tövsiyə edilən "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, həmin buraxılış məntəqələri aşağıdakılardır:
1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün:
Dəmiryolu
"Böyük-Kəsik(Azərbaycan) - Qardabani (Gürcüstan);
Avtomobil
- "Qırmızı körpü" (Azərbaycan) - "Krasniy Most" (Gürcüstan);
- "Mazımqara" (Azərbaycan) - "Tsodna" (Gürcüstan).
2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri
"İpəkyolu" (Azərbaycan) - "Abreşumis Qza" (Gürcüstan);
3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün:
piyadalar üçün avtomobil;
"Sadaxlı" (Azərbaycan) - "Vaxtangisi" (Gürcüstan)
4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı saat -08:00-dan 18:00-dək):
piyadalar üçün avtomobil
"Muğanlı" (Azərbaycan) - "Samtatskaro" (Gürcüstan).
Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla "İpəkyolu" - "Abreşumis Qza" birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vasitələri ilə bağlı sərhəd və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.
Bu saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir. /oxu.az

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?