Azərbaycan və Hindistan arasında ikiqat vergitutma aradan qaldırılacaq
Azərbaycan və Hindistan arasında gəlirlərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsinin açıq qalan maddələri üzrə danışıqlar aparılıb.
Dövlət Vergi Xidmətindən KONKRET.az-a verilən məlumata görə, Azərbaycan tərəfindən danışıqlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini Ceyhun İsmayılov, Beynəlxalq vergitutma şöbəsinin rəisi Elkin Məmmədov və digər səlahiyyətli nümayəndələr iştirak ediblər. Hindistan tərəfindən öz növbəsində, Maliyyə Nazirliyinin səlahiyyətli şəxsləri və Hindistanın Azərbaycanda yerləşən səfirliyinin nümayəndəsi danışıqlara qatılıb.
Müzakirələrdə saziş layihəsinin açıq qalan "Preambula", "Dividendlər" "Üstünlüklərin məhdudlaşdırılması" və Sazişin Protokol hissələri ilə bağlı məsələlər, həmçinin təcrübədə belə növ sazişlərin tətbiqi ilə bağlı yaranan çətinliklər müzakirə edilib.
Bildirilib ki, Sazişin imzalanacağı təqdirdə, hər iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaranacaq, sənəd məlumat mübadiləsi və vergi borclarının yığılmasına effektiv münasibətin formalaşması üçün mühüm əhəmiyyət kəsb edəcək.
Üç gün davam edən müzakirələrin nəticəsi olaraq Saziş layihəsinin vergitutma ilə bağlı açıq qalan bütün müddəaları üzrə razılıq əldə olunub.
Xidmetler [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?