Azərbaycan və İran Xudafərin körpüsünün bərpasını MÜZAKİRƏ ETDİ
Mədəniyyət naziri Anar Kərimov İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətulah Zərqami ilə görüşüb.
Mədəniyyət Nazirliyindən KONKRET.az-a verilən məlumaat görə,mədəniyyət naziri bildirib ki, iki dost ölkənin qədim tarixə malik münasibətlərinin təməli qarşılıqlı etimad üzərində qurulub.
Həmçinin mədəni və humanitar sahədə əməkdaşlığın önəmindən danışıb.
Dəvət üçün nazirə təşəkkürünü bildirən Seyid İzzətulah Zərqami də öz növbəsində ölkələrimiz arasında tarixən mövcud olan və uğurla davam edən möhkəm dostluq münasibətlərində bu gün kütləvi informasiya vasitələrinin də böyük rolu olduğunu vurğulayıb.
Tərəflər həmçinin işğaldan azad olunmuş tarixi torpaqlarımızda dağıdılmış həm müsəlman, həm də xristian dininə aid məbədlərin eyni həssaslıqla bərpa olunduğunu bildirərək yüksək qiymətləndiriblər. Mədəniyyət paytaxtı Şuşanın İslam dünyası üçün kəsb etdiyi yüksək dəyərdən danışıblar. Həmçinin qlobal problemlərdən sayılan islamofobiya ilə mübarizədə birgə əməkdaşlığın önəmi bildirilib.
Eləcə də Qarabağda davam edən yenidənqurma və bərpa işlərində İranın təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.
Xudafərin körpüsünün birgə bərpası məqsədilə Anlaşma Memorandumunun imzalanması barədə də fikir mübadiləsi aparılıb.
Görüş tərəfləri maraqlandıran bir sıra mövzuların müzakirəsi ilə davam edib.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?