Azərbaycan və İsrail hökumətləri arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib.
azxeber.com xəbər verir ki, iclasda iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan İsraillə əməkdaşlığı strateji baxımdan mühüm hesab edir və əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. İqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrimiz son üç onillikdə dinamik inkişaf edib.
Qeyd olunub ki, Birgə Komissiya əməkdaşlığı daha da dərinləşdirmək üçün mühüm platformadır. İsraillə iqtisadi-ticarət əlaqələri də genişlənir. Ölkələrimiz arasında səmərəli investisiya tərəfdaşlığı mövcuddur. Hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələri üzrə 125 İsrail kapitallı kommersiya qurumu fəaliyyət göstərir. Azərbaycan və İsrail şirkətləri maliyyə və qida texnologiyaları, kənd təsərrüfatı və səhiyyə sahələrində fəal işbirliyi həyata keçirir ki, bu da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və texnoloji inkişafı baxımından əhəmiyyətlidir. Kənd təsərrüfatı, qida, su və enerji texnologiyaları, dərman sənayesi, biotexnologiya və digər sahələrdə fəaliyyətin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
İqtisadiyyat naziri Azərbaycanda sərmayədarlar üçün yaradılan imkanlar, birbaşa xarici investisiyaların cəlbi istiqamətində görülən işlər və əldə edilən nəticələr barədə məlumat verib.
İsrailin Maliyyə Nazirliyində nazir, Birgə Komissiyanın həmsədri Zeev Elkin iki ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsi, yeni sahələrdə fəaliyyət imkanlarının araşdırılması baxımından tədbirin önəmini vurğulayıb. Qeyd olunub ki, Birgə Komissiya çərçivəsində müzakirələr müxtəlif sahələrdə qarşılıqlı faydalı nəticələr əldə olunmasında əhəmiyyət kəsb edir.
İclasda ikitərəfli əlaqələr, enerji, ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə işbirliyinə dair müzakirələr aparılıb.
Yekunda Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Dördüncü İclasının Protokolu imzalanıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib