Azərbaycan və Keniya XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Keniyaya səfər edib.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Səfər çərçivəsində Nayrobi şəhərində Azərbaycan XİN və Keniyanın Xarici və Diaspora İşləri Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr baş tutub.
Nazir müavini Yalçın Rəfiyev və Keniya xarici və diaspora işləri nazirinin müavini Abraham Korir SingOeinin rəhbərliyi ilə keçirilən iclasda ikitərəfli siyasi, iqtisadi-ticarət, humanitar və parlamentlərarası əlaqələrin müsbət dinamikası, habelə beynəlxalq platformalarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Tərəflər iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 il ərzində formalaşan münasibətlərin gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıblar.
İnformasiya-kommunikasiya və rəqəmsal iqtisadiyyat, mütərəqqi "ASAN Xidmət" modelinin təşviqi, enerji və mədən resursları, kənd təsərrüfatı, turizm, təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğuna dair həmrəylik ifadə olunub.
Çoxtərəfli formatlarla, xüsusilə, BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti yüksək qiymətləndirilib və genişləndirilməsi imkanları müzakirə edilib.
Siyasi məsləhətləşmələrdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Səfər zamanı nazir müavini Yalçın Rəfiyev Keniya Respublikasının Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi tərəfindən qəbul edilib. İlk dəfə keçirilən siyasi məsləhətləşmələrin ikitərəfli və çoxtərəfli istiqamətdə mövcud əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəyi vurğulanıb.
Səfər çərçivəsində Keniyanın gənclər çempionu, "Beynəlxalq Gənclər Şəbəkəsi" ictimai birliyinin rəhbəri Şarlin Rutonun təşəbbüsü ilə nazir müavini Yalçın Rəfiyev və keniyalı gənclər arasında görüş təşkil olunub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir