Azərbaycan və Latviya prezidentləri arasında məktub mübadiləsi olub

Azərbaycan və Latviya prezidentləri arasında məktub mübadiləsi olubLatviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
KONKRET.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri,
Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza sülh və firavanlıq arzulayıram.
Latviya-Azərbaycan dostluq münasibətləri 100 ildən artıq tarixə malikdir, Azərbaycanda çoxsaylı latviyalı yaşamışdır. Biznes sahəsində tərəfdaşlıq sayəsində ölkələrimiz arasında daha sıx əlaqələr qurulmuş, həmçinin gözəl Bakıdan ilhamlanaraq ədəbi, musiqi və incəsənət şedevrləri yaradılmışdır.
Qarşılıqlı maraq doğuran sahələrdə dialoqumuz və strateji tərəfdaşlığımız dərinləşir. Əminəm ki, birgə səylərimiz Latviya ilə Azərbaycan arasında dinamik mübadiləni daha da inkişaf etdirəcəkdir.
Fürsətdən istifadə edərək, Latviyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha ifadə edirəm. Müstəqillik və ərazi bütövlüyü beynəlxalq nizama əsaslanan qaydaların təməl daşlarıdır və ölkələr arasında dinc yanaşı yaşamanın, dialoqun qorunub saxlanılması çox vacibdir. Dinc, sabit və firavan Cənubi Qafqaz bizim ortaq marağımızdır.
İcazə verin, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirmək əzmində olduğumu ifadə edim. Bu baxımdan mən Sizin 2024-cü ildə Latviyaya səfər etməyinizi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Prezident İlham Əliyev də Latviya rezidenti Edqars Rinkeviçsə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əlamətdar tarix – Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və dost xalqınızı
səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Latviya arasında təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Ötən dövr ərzində ikitərəfli əlaqələrimiz möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, bir çox sahələrdə əməkdaşlığımız dinamik inkişaf etmiş, xalqlarımız arasında tarixən mövcud olmuş təmaslar intensivləşmişdir.
Biz Latviyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim verdiyi dəstəyinə görə minnətdarıq.
Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı və genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Latviya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Siyasi     Baxılıb: 213   Tarix: 11 yanvar 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Fidan Arakçı ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Abbas Arakçı arasında telefon danışığı olub. xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlər regional hadisələri müzakirə edib

Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2026-cı ilin birinci rübü ərzində xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amilləri

Mehriban Əliyeva Tiflisdə Gürcüstan Milli Muzeyində

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-də Tiflisdə Gürcüstan Milli Muzeyində olub. xəbər verir ki, Gürcüstan Milli Muzeyində bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid eksponatlar sərgilənir. Muzeyin "Gürcüstand

TƏCİLİ: Pezeşkian ABŞ vətəndaşlarına MÜRACİƏT ETDİ: Görün nələr dedi

İran Prezidenti Məsud Pezeşkian nadir addım ataraq birbaşa ABŞ vətəndaşlarına müraciət edib. xəbər verir ki, bu barədə Bloomberg аgentliyi məlumat yayıb. Geniş məktubunda Pezeşkian bildirib ki, İranın nə ABŞ-a, nə də qonş

Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.  xəbər verir ki, bu barədə A. Əraqçi özünün "Telegram" kanalında paylaşım edib. Nazir qeyd edib ki, söhbə

Peskovun İrəvanla bağlı bu fikirləri ŞOK YARATDI: Ermənistan Rusiyanın vassalıdır?

Rusiyanın Ermənistanın qarşıdan gələn parlament seçkiləri kontekstində planları ilə maraqlanmağa haqqı var. xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya ermən

Prezident Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər. Dövlə

Prezident bu əsasnamələri - Təsdiqlədi

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələri təsdiqlənib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərmanlar imzalayıb. Sənədlərə əsasən, "Azərbayca

Azərbaycan Respublikasının Prezidentinin şərəfinə lanç verilib

Aprelin 6-da Gürcüstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Tbilisidə Gürcüstanın hakim partiyasının ("Gürcü Arzusu") fəxri sədri Bidzina İvanaşvilinin adından lan


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video hava cəbhədən görüntüleri en sonxeber