Azərbaycan və Özbəkistan XİN başçıları Qaraqalpaqdakı vəziyyəti müzakirə ediblər
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan Respublikası xarici işlər naziri v.i.e. Vladimir Norov ilə telefon danışığı baş tutub.
Bu barədə azxeber.com-a Azərbaycan XİN-dən məlumat verilib.
Nazirlər, cari ilin 22 iyun tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin yüksək səviyyədə təşkilini və səfərin nəticələrini, o cümlədən iki dövlət arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldən sənədlərin imzalanmasını xüsusilə vurğulayıblar.
Tərəflər, səfər zamanı əldə edilən razılaşmaların icrası vəziyyətini, habelə bu istiqamətdə atılacaq növbəti addımları müzakirə ediblər.
Eyni zamanda, bir neçə gün öncə Özbəkistanın Qaraqalpaq Respublikası ərazisində iğtişaşlar törədərək ölkədə qeyri-sabitlik yaratmaq cəhdlərinə qarşı dövlət tərəfindən qanuni addımların atıldığı vurğulanıb və bu xüsusda Azərbaycanın qardaş Özbəkistan dövlətinə və xalqına dəstəyi ifadə edilib.
Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn hər hansı halların qəbuledilməz olduğu vurğulanıb.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?