Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir

Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridirUlu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının əbədi və sarsılmaz olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" kəlamı hər iki dövlətin vətəndaşları üçün örnəkdir. İki ölkə arasındakı bu dostluq, bu qardaşlıq qədim tarixə malikdir. Azərbaycan və Türkiyə arasında əlaqələrin böyük tarixi var. Kökümüz, dilimiz, dinimiz, mədəniyyətimiz, adət-ənənələrimiz eynidir.
Azərbaycan və Türkiyə hər zaman biri-birinə dəstək olub. Ən ağır günlərdə biri-birinin yanında olub. Ta qədimdən Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin problemi isə heç bir maneəyə baxmayaraq Azərbaycanın problemi olub. Türkiyə ilə Azərbaycanın düşməni də eynidir. Yurdsuz ermənilər Böyük Ermənistan yaratmaq xülyası ilə Türkiyənin torpaqlarına da əsassız iddia edir və soyu olmayan ermənilərin soyqırımında günahlandırırlar. 
1918-ci ildə Azərbaycan xalqı böyük çətinliklərə qatlaşaraq ilk Xalq Cumhuriyyəti qurub, lakin təəssüf ki, bu cumhuriyyət cəmi 23 ay yaşadı. Tezliklə süquta uğradı və Azərbaycan yenidən öz müstəqilliyini itirib.
Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra həmin il noyabr ayının 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə olub. Yanvarın 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqımız üçün əsas yol, istiqamətidir. 
Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır".
Azərbaycanın tarixi torpaqları 30 ilə yaxın işğal altında qaldı. Ermənilərin havadarları vaxtı uzadaraq bu torpaqların geri alınmasına bacardıqca mane olmağa çalışdılar. Lakin Azərbaycan xalqı heç vaxt işğalla barışmamış və öz əzəli-əbədi torpaqlarını əldən vermək niyyətində olmamışdır. 
Nəhayət Azərbaycan dövləti öz diplomatiyası, siyasəti, gücü, birliyi və  müasir texnikası sayəsində itirilmiş torpaqlarına sahib oldu. Azərbaycan xalqı vətən, torpaq uğrunda müharibəyə başladı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi, dəmir yumruğa çevrilərək düşmənin başı üzərinə qalxdı.
44 gün ərzində Azərbaycanın igid övladları əsil qəhrəmanlıq göstərdilər.
Müharibənin ilk saatlarından qardaş Türkiyə Azərbaycanın yanında oldu. Türkiyənin dəstəyi Azərbaycanı vətən uğrunda döyüşə daha da ruhlandırdı.
Türk əsgərlərinin Azadlıq Meydanında Azərbaycan əsgərləri ilə Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda və Zəfər paradında addımlaması, Türkiyə Prezidenti Rəcəb Tayyub  Ərdoğanın möhtəşəm çıxışı Azərbaycan və Türkiyənin birliyinin təntənəsi idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.
Dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və "TEKNOFEST"in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur "Bayraktar" PUA-larının ixtiraçısı Selcuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir – həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan Selcuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selcuk bəy kimi olmağa çalışacaqlar".
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyub Ərdoğan da Bakıda keçirilən "TEKNOFEST Azərbaycan Aerokosmik və Texnologiya" festivalında çıxış edərək bütün dünyaya önəmli mesajlar vermişdir. O demişdir ki, müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır. Regionda sülh və sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərəcəkdir.
Şəhla Ağbulud

Siyasi       Tarix: 31 may 2022
f Paylaş

Oxşar xəbərlər

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman


son xeberler azerbaycan xeberleri yeni xeberler sosial yardim son xeber.az xeberler bu qun cəbhədən ən son xəbərlər