Azərbaycan və Türkiyə Ermənistanı haqq yoluna gətirmək istəyir' - Deputat

Azərbaycan və Türkiyə Ermənistanı haqq yoluna gətirmək istəyir' - Deputat"Hazırda Ermənistanla proseslərin normallaşması Türkiyə ilə paralel şəkildə aparılır. Çünki Ermənistanın həm Azərbayaca, həm də Türkiyəyə ərazi iddiaları var idi. Bu gün də var. Bu baxımdan da biz ilk növbədə Cənubi Qafqazda və regionda sülhün təmin edilməsi üçün Ermənistanı haqq yoluna gətirmək üçün çalışırıq və bu proseslər Türkiyə ilə birgə aparılır".
azxeber.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev "ARB-24"ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə münasibətlərinin yüksək səviyyədə qalması və inkişaf etməsi nəticə etibarilə Cənubi Qafqazda dayanıqlı sülhün bir təminatıdır:
"Türkiyənin bizə siyasi, mənəvi dəstəyini həmişə hiss etmişik və bu gün də hiss edirik. Bu dəstək günü-gündən də artır. Bütün sahələr üzrə əməkdaşlığı davam etdiririk. Demək olar ki, Şuşa bəyənnaməsi bizim münasibətlərimizin bir konstitusiyasıdır. Orada demək olar ki, bütün məsələlər öz əksini tapıb. Cənubi Qafqazda hakim dövlət Rusiya idi. Bu gün Cənubi Qafqaz uğrunda Qərb daha aktiv mübarizə aparır. Rusiya anlayır ki, əvvəlki təsir mexanizmləri işlək deyil. Ona görə də Türkiyə-Rusiya münasibətləri nəticə etibarilə mərhələləli şəkildə Türkiyənin Ermənistan, Cənubi Qafqaz üzərində təsir gücünü daha da artıracaq. Çünki faktiki olaraq Rusiya Yaxın və Orta Şərqdə Türkiyənin dəstəyi ilə orada öz mövqeyini qoruyub saxlaya bilir. Türkiyə olmasa, Rusiyanı oradan çıxarmaq Qərb üçün çox asan məsələdir. Bu baxımdan da artıq Rusiya düşünür ki, Qərbə bu əraziləri müəyyən dərəcədə güzəştə getməkdənsə, Türkiyəyə güzəştə getmək daha yaxşıdır. Bu baxımdan da Azərbaycan və Türkiyə münasibətlərinin bu səviyyədə qalması və inkişaf etməsi nəticə etibarilə Cənubi Qafqazda dayanıqlı sülhün bir təminatıdır. Mərhələli şəkildə Türkiyə burada söz sahibi olacaq. Mərhələli şəkildə Ermənistan özü də Türkiyə ilə münasibətləri yaxşılaşdıracaq. Çünki Ermənistanın başqa çıxış yolu yoxdur. Azərbaycan mərhələnin birinci hissəsidirsə, ikinci hissəsi mütləq Türkiyədir. Türkiyə ilə sərhədlər açılmayacağı təqdirdə, Türkiyə ilə iqtisadi əlaqələr bərpa olunmayacağı təqdirdə biz Ermənistanın Rusiya ilə əlaqədar iqtisadi boşluğunu Qərb vasitəsilə doldurmasını real görmürük. Bu baxımdan Azərbaycan və Türkiyə münasibətlərinin yüksək səviyyədə olması Ermənistanı məcbur edəcək ki, onlar qısa müddət ərzində bu mərhələni regiona az zərər vurmaqla həll edə bilsin. Biz inanırıq ki, tezliklə qardaşlıq və dostluq münasibətlərinin lap yeni mərhələsinə qədəm qoyacağıq. Bu da birbaşa olaraq Ermənistanın Azərbaycanla və Türkiyəylə bağlı problemlərinin həll olunmasından sonra başlayacaq və yəqin ki, biz yay aylarında Ermənistanda bir konstitusiya ilə bağlı seçkilərə şahidlik edəcəyik. Ermənistan ərazi iddilarından mütləq əl çəkməlidir və səmimi mövqeyini ortaya qoymalıdır ki, Azərbaycan da əlindən gələni Ermənistan üçün də etsin ki, Ermənistan bu çətin vəziyyətdən çıxsın".
Deputat həmçinin Zəngəzur dəhlizi mövzusuna da toxunaraq deyib:
"Hazırda biz sərhədlərin delimitasiyası və demarkasiyasına başlamışıq. Ümumilikdə Ermənistanla 1000 km sərhəd zolağı var. Çox qısa bir məsafəsini hazırda razılaşdırmışıq. Bu ərazilər elə bir önəmli ərazilərdir ki, faktivi olaraq İcəvandan Gürcüstana gedən yol bu ərazilərdən keçir. Xüsusilə də Ermənistana daxil olan beynəlxalq magistral yol şaxələnir və bu yolların ən təhlükəsizi Azərbaycan ərazisindən keçəcək. Bu baxımdan da Ermənistan özü istəyir ki, bu yoldan özü rahat istifadə etsin. Əks təqdirdə yeni yol çəkməlidir. Mən düşünürəm ki, delimitasiyası və demarkasiya prosesi yekunlaşdıqdan sonra Ermənistan bizə Zəngilan və Naxçıvan arasındakı əlaqəni bərpa etməyə şərait yaradacaq. Tam biz istədiyimiz şərait yaradılmasa da, ən azından dəmir xətti yolunun və avtomobil xəttinin Azərbaycan tərəfindən inşasına icazə veriləcək. Çünki Ermənistanın o vəsaiti yoxdur və Rusiya da o vəsaiti artıq ayırmaq istəmir. Əvvəl ehtimal var idi. Biz bu ərazilərdə anklav olan 3-4 kəndin məsələsi var ki, bunlarla yanaşı Azərbaycan istəyir ki, biz mütləq Naxçıvan yaxınlığında yerləşən Nüvədi kəndimiz var ki, onun da geri qayıdacağı təqdirdə Zəngəzur kolidoru çox qısalır. Bu baxımdan da hazırda ən mübahisəli və ən ağır məsələ bunları həll etməkdir. Bunlar həll olunacağı təqdirdə burada Ermənistan iqtisadi gəlir əldə etmiş olacaq, Azərbaycan da öz maraqlarını təmin etmiş olacaq. Yolu tam olaraq istifadəyə verə bilməsək də, ən azından inşaat məsələlərinə başlayacağıq. Ermənistanın başqa çıxış yolu yoxdur. Əks təqdirdə onun üçün Qara dənizə çıxış yollarından biri əlindən çıxacaq və bu da Ermənistanı iqtisadi cəhətdən çox çətin vəziyyətə salır.  Paralel olaraq İrandan yükdaşımaları Azərbaycanın nəzarətinə keçir. Ermənistan hər halda bunu itirmək istəməz".

Siyasi       Tarix: 06 may 2024
f Paylaş

Oxşar xəbərlər

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Putinin partiyası nə qədər səs toplayıb?

Bülletenlərin 90,43%-nin sayılmasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərin federal seçki dairəsi üzrə səslərin 57,86%-ni qazanıb. xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb

Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyini

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı

DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Bu barədə -a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberler bu gun valyuta mezennesi 2026 xeberlər ən son xəbər